Suriya paytaxtının qazı İŞİD-in əlindədir

Suriya paytaxtı bu qış enerjisiz qala bilər.

SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, "İslam Dövləti" (İŞİD) terror təşkilatı son həftə ərzində Homs əyalətinin şərqində həyata keçirdiyi hücumlar nəticəsində Homs-Palmira və Dəməşq-Palmira yollarını və bölgədəki qaz yataqları və qaz boru kəmərlərini nəzarətə alıb. Bu isə paytaxt Dəməşqi qazla təmin edən xətlərin İŞİD-in ixtiyarına keçməsi deməkdir.

Xatırladaq ki, Təşkilat üzvləri cari ilin iyul ayında da Homsun şərqindəki əş-Şair qaz yataqlarına hücum etmiş, lakin bir nəticə əldə edə bilməmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar