“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi- “Qara sıyahı”da Rövşən Lənkəranskinin də adı var

Xəbər verdiyimiz kimi, Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli 61 yaşlı Zaxari Kalaşov oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. Rusiya kriminal aləminin “xaç atası” sayılan Aslan Usoyanın (“Ded Xasan”) 2013-cü ilin yanvar ayının 16-da öldürülməsindən sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilmədilər. Üstəlik, klan liderinin qətlindən ötən müddətdə onun qanı da yerdə qaldı.

Ehtimallara görə, milliyyətcə yezidi kürd olan “Şakro Molodoy”un həbsdən azad edilməsi ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayacaq və onun ilk işi “Ded Xasan”ın qatillərini cəzalandırmaq olacaq. Bu ehtimallar artıq doğrulmağa başlayıb.

Məlum olub ki, “Şakro” Moskvaya qayıdan kimi, “Ded Xasan”ın və Vyaçeslav İvankovun (“Yaponçiki”) məzarlarını ziyarət edib. Onu “Ded Xasan” klanının liderlərindən olan Piçuqa, Voskres, Radjika və Maçi müşayiət edib. “Şakro” məzarlıqda and içib ki, onların qatillərini bağışlamayacaq.

Rusiya saytları yazır ki, “Ded Xasan”ın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, klan hazırda həbsdə olan “Taro” ləqəbli Tariel Onianidən və “Merab Suximski” kimi tanınan Merab Canqveladzedən şübhələnir. Primecrime.ru saytı yazır ki, “Ded Xasan” klanının “qara siyahı” sında “oğru dünyası”nın əsas simalarından olan Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) adı da var. Sayt onu da qeyd edir ki, “Rövşən Lənkəranski” “qara sıyahı” da olanlar sırasında azadlıqda olan yeganə şəxsdir.

“Taro”nun slavyan qruplaşması ilə ilk qarşıdurması İrkutsk türməsində baş verən bir olayla başlayıb. Onianinin dəstəklədiyi “Maxo” ləqəbli avtoritet İlya Simoniya ilə “Yaponçik” arasında problem yaranır. “Sxodka” ların birində “Yaponçik” “Ded Xasan”ın dəstəyi ilə “Maxo”nu oğru adından məhrum edir. Oniani bunu özünə yönəlmiş addım hesab edir və klanlar arasında qarşıdurma başlayır.

2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdiyi irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü “vor zakon” həbs edilsə də, “Taro” polisdən gizlənə bilir. Amma bu əməliyyatda “Şakro Molodoy” həbs edilir. Bundan sonra “Taro”nun lideri olduğu qruplaşmaya qarşı həm Avropada, həm də Rusiyada əsl müharibə başlayır. Bu məsələni yoluna qoymaq üçün “sxodka” çağırılır. Gəmidə çağırılmış “sxodka”ya “Yaponçik” və “Ded” gəlmir və bunun ardınca milis orada xüsusi əməliyyat keçirir. Bundan sonra “Taro”nun “Yaponçik”lə bərabər “Ded Xasan” la münasibətləri düşmənçilik hədinədək kəskinləşir.

2009-cu ildə Oniani Rusiyada(o vaxta kimi artıq Rusiya vətəndaşı olan) hüquq-mühafizə orqanlarının əlinə keçir. “Matrosskaya tişina”da saxlanılan Oniani barədə 36 “qanuni oğru”nun (“Yaponçik”,"Ded Xasan", “Şakro Molodoy” və sair) imzası ilə məktub hazırlanır və “onu vurun” fitvası verilir. Bu məktubdan sonra “Yaponçik” güllələnir. “Yaponçik”dən sonra isə “Ded Xasan” öldürülür.

Oniani məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilib və hələ bir neçə il həbsdə yatmalıdır.

“Taro” nun Rövşən Lənkəranski"ilə münasibətlərinin necə yarandığı barədə məlumatlar demək olar ki, yox səviyyəsindədir. Yalnız o məlumdur ki, bu “qanuni oğrular”ın bir-birinə münasibəti normaldır. Əgər “Ded”ə sui-qəsdə də onların adı da birgə hallanırsa, deməli, bu, təsadüfi deyil.

Merab Canqveladzeyə gəlincə, o da Rövşən Lənkəranski yə yaxın adam kimi tanınıb. Onun qardaşı Levan Suxumi klanının “beyni” hesab olunur. Amma son məlumatlara görə, indi Canqveladzelər “Lənkəranski” ilə yaxınlıq etmirlər. Merab bir müddət əvvəl Avropada həbs edilib. Rusiya saytları yazır ki, Levan azadlığa çıxan “Şakro Molodoy”la görüşmək istəsə də rədd cavabı alıb."Rövşən Lənkəranski" nin konkret harada yaşadığı isə bilinmir.

“Ded Xasan”ın qətlindən sonra “Lənkəranski” nin kriminal aləmdə şəriksiz lider olacağı deyilirdi. Onun slavyan qruplaşmaları və gürcü “oğru” larla münasibətlərinin yaxşı olması buna imkan verirdi. Amma xüsusilə yezidi kürdlər və onunla münasibətləri pis olan azərbaycanlı kriminallar “Lənkəranski”yə ciddi maneə oldular.

Rusiya KİV-ləri yazır ki, “Şakro Molodoy”un azadlığa çıxması ilə Rusiya kriminalında ciddi mövqe dəyişikliyi olacağı barədə xəbərlər şişirdilib. Çünki “Şakro Molodoy” Rusiyaya şərtlə qayıdıb və hüquq-mühafizə orqanları ilə anlaşıb. “O Moskvanın sakit həyatını pozmamağa söz verib” deyə, xəbərdə bildirilir. “Şakro Molodoy” un Rusiya hüquq-mühafizə orqanları ilə anlaşa biləcəyi xəbərləri səbəbsiz deyil. 2000-ci il, iyunun 18-də Tiflisdəki erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynan oğurlanır. Bir neçə gün sonra “Şakro” biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də biznesmenin hələ də öldü-qaldısı bilinmir.

2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə “Şakro” nun ekstradisiyası üçün sorğu verib. Ona bu cinayət işi ilə bağlı 18 il qiyabi hökm də çıxarılıb. Rusiya isə göründüyü kimi, onu Gürcüstana təhvil verməyib...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar