Milli Şuranın növbəti mitinq tarixi açıqlandı

milli sura mitindsfMilli Şura növbəti mitinqə qərar verdi.

Bu barədə hafta.az-a açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, mitinqi 10 noyabr tarixində Məhsul stadionunda keçirməyi planlaşdırırlar:

“Mitinqin şüarları bundan öncəki aksiyamızda olduğu kimi məhbuslarla bağlı olacaq. Hələ ki, Bakı Şəhər İcra Hakimiyyətinə bununla bağlı müraciət etməmişik. Lakin yaxın günlərdə, müraciətimizi göndərəcəyik”.

Mitinqə digər partiyaların dəvət olunmasına gəlincə, O.Gülalıyev bildirib:

“Ənənəvi çağırışlar artıq edilməyə başlanılıb. Hər hansı bir partiyaya xüsusi bir dəvətin göndərilməsi ilə bağlı məsələ hələ ki, gündəlikdə yoxdur. Ola bilər ki, növbəti günlər ərzində bu məsələ müzakirəyə çıxarılsın”.

Qeyd edək ki, Milli Şura son mitinqini 12 oktyabr tarixində "Məhsul" stadionunda keçirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar