Borcunu qaytara bilməyən şəxs özünü binadan atmaq istədi - Video

ozunu binadan atan adam intiharOktyabrın 31-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 30-35 yaşlı bir gəncin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Nazirliyin xilasetmə qrupu dərhal hadisə yerinə yollanıb.

Vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək istəyib. niyyətini nümayiş etdirib. İlkin araşdırma zamanı məlum olub ki , intihar etmək istəyən şəxs borcu olduğundan və borcunu qaytara bilmədiyindən intihar etmək fikrinə düşüb. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb. O təhlükəsizlik qaydalarına riayət edilməklə binadan endirilib və aidiyyəti üzrə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar