Neft şirkətinin işçisinin meyiti dənizin dibindən çıxarıldı

Oktyabrın 23-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş şəxsin meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Əbdülhəsən İslam oğlu Hüseynovun cəsədi noyabrın bu gün səhər saatlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib. Yaralıların hamısı evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar