Prezident daha 14 icra başçısını Avropaya göndərir

Prezident İlham Əliyevin göstərişi ilə daha 14 rayon icra hakimiyyətinin başçısı Avropaya göndərilib.

Sabah icra başçılarının növbəti qrupu Fransaya yola salınacaq. On gün ərzində icra başçıları Fransanın müxtəlif şəhərlərində olub yerli təcrübəni öyrənəcəklər.

İcra hakimiyyəti başçılarının Avropa şəhərlərinin inzibati idarəetməsini, şəhər infrastrukturunu, müasir şəhərsalma mədəniyyətini öyrənməsi məqsədi ilə artıq bir neçə ildir ki, ənənəvi tədbirlər həyata keçirilir.

Xatırladaq ki, bir müddət öncə 10 rayonun icra başçısı da İtaliyada səfərdə olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar