Türkiyə ABŞ-ın dəstəklədiyi YPG-ni terror təşkilatı kimi tanıdı

Türkiyənin Martin vilayətinin Ağır Cinayətlər üzrə məhkəməsi keçən il Türkiyəyə keçdikdən sonra həbs edilən Suriya vətəndaşı İsmail Sadıka hökm oxuyub.

Avropa.info xəbər verir ki, həmin şəxsə PKK ilə əlaqəli YPG terror təşkilatına üzv olmaq ittihamı ilə 7 il 6 ay həbs cəzası verilib. Məhkum keçən ilin noyabrında keçirilən əməliyyatda 3 nəfər ilə birgə həbs edilmişdi.

Bu günədək Türkiyənin terror təşkilatları siyahısında yer almayan YPG məhkəmənin qərarı ilə terror təşkilatı kimi tanınıb. İsmail Sadık YPG terror təşkilatının üzvü kimi məhkum olunan ilk şəxsdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar