Bakı yaxınlığında film kimi olay: Güllələdiyi şəxsi xəstəxanaya gətirdi

Yaralının həyatını xilas etmək mümkün olmayıb

Abşeron rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib.

F.Şükürov daha sonra həmin şəxsi yaralı vəziyyətdə idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar