Bələdiyyə seçkilərinə qoşulan partiyaların sayı 7-yə çatıb

Oktyabrın 31-də Mərkəzi Seçki Komissiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.

Xəbəri “Media forum” saytına Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsi verib.

Bununla da bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 7-yə çatıb. MSK Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrini oktyabrın 27-də qeydə almışdı.

118 seçki dairəsini əhatə edən seçkilərdə 1607 bələdiyyəyə (siyahı) 15035 üzv seçilməlidir. Seçki Məcəlləsinə görə, teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar