Nazirlik bu dəfə “Porsche” ilə bağlı iş qaldırdı

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Porsche” markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Belə ki, həmin reklamlarda “Porsche” markalı avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Porsche – ormanların padşahı” və “Porsche – komfort etalonu” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar bu reklamların sifarişçisi və həmin avtomobillərin satışını həyata keçirən “Əfəndilər” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar