"Qafqazı vacib, cəlbedici bir bölgəyə çevirməliyik" - Gürcü nazir

Azerbaycan-Turkiye-GurcustanGürcüstanın dövlət naziri: “Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə Qafqazı vacib, cəlbedici bir bölgəyə çevirməlidir”

“Azərbaycan və Türkiyə kimi inkişaf etməkdə olan ölkələr Qafqazın, eyni zamanda Gürcüstanın da potensialını yüksəldir.

Biz birlikdə Qafqazı vacib və cəlbedici bir bölgəyə çevirməliyik”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ölkədə fəaliyyət göstərən Azərbaycandilli jurnalistlərlə görüşündə deyib.

Dövlət naziri Türkiyənin İslam aləmində lider dövlət olduğunu söyləyib və bu ölkənin geosiyasi mövqeyinin önəminə diqqət çəkib: “Türkiyə Avropa Birliyi ölkələri, Qafqaz, Qara dəniz, Rusiya, Çin, Afrika və digər regionlara ərazi baxımından yaxın və qonşu ölkədir. Türkiyə eyni zamanda İslam dünyasının lideridir və İslam demokratiyasının bir nümunəsidir. İslam faktoru dünyada çox kəskin müzakirə olunur. Azərbaycan və Türkiyə kimi inkişaf etməkdə olan ölkələr Qafqazın, eyni zamanda Gürcüstanın da potensialını yüksəldir. Biz birlikdə Qafqazı vacib və maraqlı bir bölgəyə çevirməliyik. Sülhün bərqərar olduğu Qafqazın perspektivi daha çox olacaq. Qafqazda münaqişələrin həll edilməməsi isə ona gətirə bilər ki, bölgə digər dövlətlərin tabeçiliyi altına düşə bilər”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar