Rumıniya prezidenti Moldova vətəndaşı olacaq

Rumıniyanın prezidenti Trayan Besesku dövlət başçısı səlahiyyətləri başa çatandan sonra Moldova vətəndaşlığını qəbul edəcək.

Modern.az-ın xarici KİV-ı istinadən verdiyi xəbərə görə, siyasətçi bunu Moldovanın “Moldova 1” televiziya kanalına müsahibəsində bəyan edib.

Beseskunun prezidentlik müddəti iki ay sonra başa çatacaq. Prezidentin sözlərinə görə, bu məsələni moldovalı həmkarı Nikolay Timofti ilə müzakirə edib. Onun fikrincə, bu addım iki ölkənin birləşməsinə kömək edəcək. Bununla belə, Besesku qeyd edib ki, bunun üçün əlverişli şərait hələ yaranmayıb.

Trayan Besesku 2004-cü ildən Rumıniya prezidentidir. Ölkə parlamenti iki dəfə - 2007 və 2012-ci illərdə ona impiçment elan edib, amma hər iki halda postunu qoruya bilib. Besesku iki ölkənin birləşməsinə maraqlı olduğunu gizlətmir. O 2014-cü ilin yanvar ayında Moldovanı Rumıniya torpağı elan edib və hər iki ölkəni birləşməyə çağırıb. Bu çağırış isə Kişinyovda xeyli narazılığa səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar