Ukrayna müharibəsində ölənlərin sayı 4 mini ötüb

Ukrayna bayragi 01Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri arasındakı toqquşmalarda 4035 nəfər həlak olub. “Media forum” saytı xəbər verir ki, BMT oktyabrın 31-də belə hesabat yayıb.

2014-cü ilin aprelində başlayan müharibədə sentyabrın əvvəlində atəşkəs elan olunsa da, yalnız son 10 gündə 300-dək şəxs qurban gedib.

Hesabata görə, Ukrayna olaylarında 930 min nəfər yurdunu tərk edib.

2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100-dən çox adam ölüb. Bu il fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb.

Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib. İyun ayından Ukrayna Silahlı Qüvvələri hücuma keçərək Donetsk və Luqansk vilayətlərinin bir hissəsini azad edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar