WikiLeaks Azərbaycana dair yeni sirləri yaydı

Alman şirkəti Bakıya casus serverləri satıb

 

WikiLeaks saytı dünyanın aparıcı proqram təminatı şirkətlərinin avtoritar ölkələrlə əməkdaşlığına dair məxfi sənədləri yayıb. WikiLeaks-in “Privacy İnternational”, “Bugged Planet” və “Citizen Lab”la birlikdə yaydığı casus faylları qovluğu (“Spy files 3”) proqram təminatı və serverlər üzrə 96 firmanın Azərbaycan da daxil olmaqla 249 sənədindən ibarətdir.

Virtualaz.org-un qalmaqallı saytdan əldə etdiyi xəbərə görə, WikiLeaks bildirir ki, bu sənədlər Avropa və Amerika ölkələrinin vətəndaşların bütün hərəkətlərini izləyərək onları nəzarət altında saxlamağa imkan verən proqramları qeyri-demokratik ölkələrə sataraq necə qazandıqlarını əks etdirir. Bildirilir ki, bu proqramların alıcıları əsasən xüsusi xidmət orqanlarıdır.

Saytın təsisçisi Culian Assanc bəyan edir ki, sözügedən proqramlar insanların bütün elektron kommunikasiyalarını izləməyə imkan verir. Bu firmaların arasında “Atis Uher”, “Elaman”, “Utimaco”, “Gamma Trovicor” və s. yer alır.

Açıqlanmış fayllardan məlum olur ki, Azərbaycanla bu sahədə əməkdaşlıq edən şirkət Almaniyanın “Eleman GMBH” firmasıdır.

Firmanın saytında yerləşdirilmiş təqdimatdan məlum olur ki, “Eleman GMBH” təhlükəsizlik avadanlıqları və xidmətləri göstərir. Firmanın profili bütün hökumət və hüquq-mühafizə orqanlarını müxtəlif kommunikasiya vasitələri və şəbəkələri, o cümlədən PSTN, PABX, WI-FI, WIMAX və s.-lə təmin etməkdir. Firma Azərbaycanla müqaviləni 2012-ci ilin fevralında bağlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar