Rüstəm İbrahimbəyovdan məktub gəldi

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurum üzvlərinə məktubla müraciət edib. Bu barədə Lent.az-a Milli Şuranın prezidentliyə namizədi olmuş, professor Cəmil Həsənli məlumat verib.

C.Həsənli bildirib ki, Rüstəm İbrahimbəyovun məktubu Milli Şuranın növbəti sessiyasında qurum üzvlərinə oxunacaq.

Məktubun məğzinə gəlincə, C.Həsənli deyib ki, MŞ sədri öz məktubunda qurumun gələcək perspektivini və struktur dəyişikliyi ilə bağlı fikirlərini açıqlayıb: “Rüstəm müəllim Milli Şuranın strukturunun dəyişdirilməsi və həmsədrlik institutunun yaradılması ilə bağlı fikirlərini mətbuata açıqlayıb. Milli Şura üzvlərinə yazdığı məktubda da bu məsələlərdən bəhs edib və qurum üzvlərinə həmsədrlik institutuna keçidlə bağlı müraciət edib”.

Qeyd edək ki, R.İbrahimbəyov ötən ay mətbuata açıqlamasında Milli Şurada həmsədrliyin yaradılmasını və Cəmil Həsənlinin də yeni həmsədr olmasının tərəfdarını olduğunu bildirmişdi. O, həmçinin, bu məsələ ilə bağlı Cəmil Həsənlinin də razılığını aldığını bəyan etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar