Tağı Əhmədov mikrafonu jurnalistin başına vurdu -VİDEO

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır. Metropoliten rəisi peşə günündə jurnalistlərin qarşısına keçib, onların suallarını cavablandırıb. Müxbirlərdən birinin sualı metropoliten rəisini yaman özündən çıxarıb. "Metroda gediş haqları qalxacaqmı?" sualına Tağı Əhmədov kəskin reaksiya verib (avropa.info).

Kadrdan görünür ki, T.Əhmədovun "qəzəbinə tuş gələn" ANS-in müxbiridir.

Hadisəyə ANS də öz saytında (anspress.com) münasibət bildirib: "Ölkədə kommunal tariflərin artırılmasının müzakirə mövzusu olduğu bir vaxtda insanları nəqliyyat tarifləri ilə bağlı məsələ düşündürür. Biz də bunu nəzərə alaraq Bakı metrosunda gediş haqlarının artırılıb-artırılmayacağı ilə bağlı sualı metropolitenin rəisi Tağı Əhmədova ünvanladıq. Tağı Əhmədov isə həmkarımız Diana Dadaşovanın sualına mikrofonu kobud şəkildə itələməklə cavab verib.

Kütləvi İnformasiya Vasitələri haqqında qanuna görə, Kütləvi İnformasiya Vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqinda dövlət orqanlarinin, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarin, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumat lar almaq hüququna malikdirlər. bu hüquq Azərbaycan Respublikasinin qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar