Hüseyn Abdullayevin deportasiya olunacağı yalan çıxdı

Akif Əlizadə: “Hüseyn Abdullayevin deportasiya olunacağı ilə bağlı heç bir məlumatım yoxdur”

Bir sıra qəzetlər yazıb ki, keçmiş deputat Hüseyn Abdullayevin hazırda yaşadığı Almaniyada mühacir statusu almaq üçün etdiyi müraciətə rədd cavabı verilib. Bu gün isə Hüseyn Abdullayevlə bağlı başqa bir sensassion məlumat yayılıb. İddia olunur ki, Almaniyadan deportasiya edilmək təhlükəsi ilə üzləşən H.Abdullayev belə bir vəziyyətə düşməmək üçün bu ölkədən qaçqın statusu almaq üçün müraciət edib.

Bu iddialarla bağlı Hüseyn Abdullayevin vəkili Akif Əlizadə ilə əlaqə saxladıq. Akif Əlizadə Hüseyn Abdullayevin deportasiya edilməsi ilə bağlı heç bir məlumatı olmadığını , bu xəbəri internet saytlarında oxuduğunu bildirdi.

Daha sonra “əgər Hüseyn Abdullayev Azərbaycana qayıdarsa, onu hansı təhlükə gözləyir”, sualına isə, Akif Əlizadə bir başa cavab verdi: “ Qayıdarsa, Hüseyn Abdullayev həbs olunacaq. Bildiyiniz kimi Hüseyn Abdullayev əsassız və qanunsuz olaraq AR CM-nin 213.2.2-ci (Vergi ödəməkdən yayınma) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilib. (musavat.com)

Xatırladaq ki, Hüseyn Abdullayev Abbas oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyun 2013-cü il tarixli, iş № 4(004)-435/2013 saylı qərarı ilə barəsində 2 (iki) ay həddində qətimkan tədbiri qismində həbs seçilmiş və saxlanılması üçün axtarışa verilmişdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar