«Zakir Həsənovun ilk hədəfi xalqın orduya olan inamını bərpa etməkdir» - Mehman Səlimov

“Həm Ruzinsikinin, həm də Ermənistan Müdafiə Nazirliyinin bəyanatlarını narahatlıqdan doğan açıqlamalar hesab etmək olar”

Noyabrın 7-də Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın bu ölkədəki 102 saylı hərbi bazasının komandiri polkovnik Andrey Ruzinsikinin qalmaqallı bəyanatı ilə bağlı açıqlama yayıb.

Xatırladaq ki, Andrey Ruzinski bir qədər əvvəl “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib ki Rusiyanın hərbi bazasının cavabdehlik zonasında hərbi-siyasi vəziyyət həyəcanlı olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsi regionunda qarşıdurmanın gərginləşməsi ehtimalı ilə bağlı sabitliyi pozan bir sıra amillərin mövcudluğu ilə səciyyələnir: “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza KTMT çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq, silahlı münaqişəyə başlaya bilər”.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ATƏT-in Minsk Qrupundakı rusiyalı nümayəndədən polkovnikin fikirləri ilə bağlı açıqlama verilməsini tələb edib.

Lakin Rusiya nümayəndəsinin əvəzinə Ermənistanın Müdafiə Nazirliyi cavab verib. Belə ki, hərbi qurumun mətbuat katibi Arsrun Ovanisyan öz səhifəsində yazıb ki, “Ermənistanın hərbi-siyasi rəhbərliyi dəfələrlə qeyd edib ki, Azərbaycanın təcavüzünün qarşının alınması məsələsində KTMT və Rusiyanın cəlb olunmasını vacib hesab etmir...

Ermənistan Silahlı Qüvvələrinin imkanları istənilən hərbi tapşırığın öhdəsindən gəlmək üçün kifayət qədərdir. KTMT-yə üzvlük və Ermənistan-Rusiya hərbi əməkdaşlığı üçüncü ölkə tərəfindən mümkün təcavüzün qarşısının alınmasına yönəlib”.

Sonra A.Ovanisyan Azərbaycanın müdafiə nazirinə cavab olaraq bildirib ki, kollektiv təhlükəsizlik müqaviləsinin 4-cü maddəsi, həmçinin Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı 2010-cu ilin avqustunda imzalanmış 5 saylı qətnamə Ermənistanın xarici hücumlardan müdafiəsini nəzərdə tutur.

Məsələyə münasibətini açıqlayan hərbi ekspert, müdafiə nazirinin sabiq müavini, Ehtiyatda Olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlığı İctimai Birliyinin rəhbəri, ehtiyatda olan polkovnik Mehman Səlimov bildirdi ki, hər iki bəyanatın arxasında Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etmək gücündən yaşanan narahatlıq durur.

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası haqda məlumat verən M.Səlimov qeyd etdi ki, həmin baza hələ sovet hakimiyyəti dövründən mövcud idi. O zaman motoatıcı diviziya idi. SSRİ-i dağıldıqdan sonra Rusiyanın Ermənistandakı hərbi bazası kimi 1994-cü il sentyabrın 1-də yenidən formalaşdırılıb. Onun tərkibinə 3624-cü aviasiya bazası və 988-ci zenit raket alayı daxil olub. 2001-ci ildə bu hissələr MDB ölkələrinin Birləşdirilmiş Hava Hücumundan Müdafiə Sistemində döyüş növbəsində yerini tutub. Bazanın özü isə Rusiya və Ermənistan qoşunlarının birləşdirilmiş qruplaşmasının tərkibinə daxil edilib.

Həmin hərbi bazanın komandiri polkovnik Andrey Ruzinsikinin bəyanatına gəlincə isə M. Səlimov qeyd etdi ki, əslində burda təəcüblü heç nə yoxdur: «Nə bizə, nə də beynəlxalq ictimaiyyətə sirr deyil ki, Azərbaycan torpalarının Ermənistan tərəfindən işğalı məhz Rusiyanın ciddi dəstəyi ilə baş verib. Xocalıdakı soyqırımda Rusiya hərbi birləşməsinin iştirakı bunun əyani sübutudur. Bu gün də Ermənistan işğal olunmuş ərazilərdən çıxmaqdan imtina etmək «cürəti» göstərirsə, bu da onun özünə deyil, Moskvaya arxalanmasından irəli gəlir. Ruzinsikinin bəyanatı isə bir növ bunun etirafı oldu. Görünür, Ruzinsiki siyasi səbatsızlıqdan belə bir bəyanatla çıxış edib ki, sonradan Rusiya və Ermənistan rəsmiləri onu müxtəlif istiqamətlərdə yozmağa çalışırlar»

M. Səlimovin sözləinə görə, həm Ruzinsikinin, həm də Erməistan Müdafiə Nazirliyinin bəyanatları işğal faktının alrxasında bu ölkələrin durduğunun etirafı olsa da, heç bir əhəmiyyət daşımır: «Çünki Azərbaycan heç bir ökənin, o cümlədən Ermənistanın ərazisinə müdxilə etməyib və belə bir niyyətinin olduğunu da açıqlamayıb. Dağlıq Qarabağın və onun ətrafında ermənilər tərəfindən işğal olunmuş rayonlar isə Ruzinskinin özünün də təsdiqləiyi kimi Azərbaycan ərazisidir. Azərbaycanın öz ərazisi üzərində yurisdiksiyasını bərpa etməsi isə dövlətimizin suveren hüququ və təməl haqqıdır. Heç bir dövlət nə buna qarışa, nə də buna etiraz edə bilər. Azərbacan dövlətinin Dağlıq Qarabağı və ətraf rayonları nə vaxt və hansı yolla işğaldan azad etməsi yalnız ölkə rəbərliyinin verəcəyi qərardan asılıdır. Hər hansı bir dövlətin buna müdaxiləsi Azərbacanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmaq olardı ki, bu da beynəlxalq hüquqa ziddir. Ona görə də, əgər Azərbayan hakimiyyəti sülh yolu ilə ərazilərimizin işğaldan azad edilməsi imkanlarının tükəndiyini görərək, hərbi vaistələrə əl atmağa qərar verərsə, Rusiyanın bu münaqişədə tərəf kimi iştirak edəcəyinə inanmıram.

Ermənistanın isə Dağlıq Qarabağı və ətraf rayonlarda Azərbaycanın aparacağı hərbi əməliyyatlara qarşı çıxması, yalnız onun özünə ziyan vura bilər. Azərbaycanın ordusu bu gün elə bir gücədir ki, qısa müddətdə erməni hərb birləşmələrini məhv edərək, işğal faktına son qoya bilər».

M. Səlimovun sözlərinə görə, bu cür bəyanatlar Azərbaycanı öz ərazilərini işğaldan azad etmək mövqeyindən döndərə bilməz: «Əminəm ki, Prezident İlham Əliyevin bildirdiyi kimi, sülh danışıqları nəticə verəcyinə əmin olmadığımız təqdirdə, Azərbaycanın öz torpaqları üzərində yurisdiksiyasını hərbi yolla bərpa edəcək. Buna heç kimin şübhəsi olmasın.»

M. Səlimrov həm Ruzinsikinin, həm də Erməistan Müdafiə Nazirliyinin bəyanatlarının Azərbaycanda müdafiə nazirinin dəyişməsindən sonra ortaya çıxmasını da təsadüfü hesab etmir: «Bunları həm də qarşı tərəin narahatlıdan doğan açıqlamalar hesab etmək olar. Azərbacan Müdafiə Nazirliyində aparılan kadr dəyişiklikləri ordunun keyfiyytcə yenidən qurulmasına səbəb olur. Əlbəttə, ötən illərdə ordu quruculuğu sahəsində görülən işlərin üzərindən xətt çəmək olmaz. Bu illərdə Azərbaycanda qüdrətli, nizami ordu qurulub. Ancaq eyni zamanda qeyd etmək lazımdır ki, son illər müxtəlif səbəblərdən orduda baş verən xoşagəlməz halların artması və bunun ictimailəşdirilməsi cəmiyyətdə Müdafiə Nazirliyinə qarşı bir inamsızlıq yartmışdı.

Belə bir vaxtda Daxili Qoşunlarda yaratdığı yüksək nizam-intizam və qayda-qanunla tanınan general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunması cəmiyətin də orduya inamının artmasına gətirib çıxaracaq. Zakir Həsənov təcrübəli hərbiçidir və onun apardığı kadr islahatlarının ilk hədəfinin məhz ictimatiyyətin orduya olan inamını bərpa etmyə yönəldiyinə şübhə etmirəm. Haqsız da deyil. Çünki ordunu gücü edən silah-sursat deyil, xalqın ona olan inamıdır. Arxasında xalqıq dəstəyni hiss edən ordu istənilən gücdə düşməni məhv etməyə qadirdir.

Elə Erməistan Müdafiə Nazirliyinin və Ruzinsikinin narahatçılıq dolu bəyanatlarını da general-polkovnik Zakir Həsənovun müdafiə naziri kimi başladığı işlərlə əlaqələndirirəm. Bəzən düşmən bizim göməiklərimizi də görür və buna adekvat reaksiya verir. Orduda olan dostlarımdan aldığım məlumatlara əsasən deyə bilərəm ki, son islahatlar Azərbaycan zabitlərinin döyüş və qələbə əzminı xeyli artırıb. Hərbiçilərimz torpaqlarımızı işğaldan azad ediləcəyi günün uzaqda olmadığını hiss edirlər. Düşməni də narahat edən budur...»

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar