Əsgər xidmət yoldaşını güllələyib

Azərbaycan ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Şəmkir hərbi birləşməsinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Vüsal Cəfərov tabeliyindəki avtomat silahla hərbçi yoldaşı, müddətdən artıq xidmət edən Məhəmmədəli Abbasovu güllələyib. Nəticədə ürək nahiyəsindən güllə yarası alan hərbçi ağır vəziyyətdə hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə hərbçilər arasında yaranmış mübahisə səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar