"DEDİM SEÇKİ İLİDİR, HAKİM BARƏSİNDƏ ŞİKAYƏTİN OLMASI YAXŞI DEYİL..." - Prokurorun ifadəsi

“Milyonluq qalmaqal” barədə yeni təfərrüatlar- Nərimanov rayonunun keçmiş prokuroru ifadəsində nələr deyib?

"Həsən Əliyevin ona bir ədəd CD diski göndərdiyini dedi"

Məlum olduğu kimi, dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.Bu haqda saytımızda da xəbər verilib.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib. İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi (600 min manat) əvvəlcədən verilib.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi - hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bu “milyonluq qalmaqal” adını alan bu işlə bağlı “Azadlıq”a da yeni təfərrüatlar daxil olub. Bəlli olub ki, bu iş üzrə Nərimanov rayonunun keçmiş prokuroru Fikrət Mahmudov, müavini Cavid Quliyev və Nərimanov Rayon Polis Idarəsinin 16-cı polis bölməsinin təhqiqatçısı Şövqi Ismayılov da dindirilib.

Qeyd eək ki, Nərimanov rayonunun keçmiş prokuroru Fikrət Mahmudov və müavini Cavid Quliyev məhz bu işə görə vəzifədən azad olunublar. Onların barəsində ayrıca cinayət işinin başlandığı barədə də iddialar var.

Prokuror vxtında cinayət işi açılmamasını nəylə əsaslandırıb?

[caption id="attachment_67063" align="alignleft" width="300"]

Ramazan Səlimov[/caption]

Fikrət Mahmudov ifadəsində bildirib ki, o, “miylonluq qalmaqal” barədə Nərimanov Rayon Polis Idarəsinin 16-cı polis bölməsinin rəisi Hikmət Usubovun mərulumatı əsasında xəbər tutub. Keçmiş prokurorun sözlərinə görə, 2013-cü ilin aprel ayının əvvəllərində Hikmət Usubov ona zəng vuraraq Ramazan Səlimovun polis bölməsinə müraciət edərək Həsən Əliyevin onu aldatdığını bildirib. Prokuror iddia edib ki, əvvəlcə ona məsələnin mülki xarakter daşıdığı bildirilib. Daha sonra isə Cavid Quliyev bu məsələ ilə bağlı Fikrət Mahmudovun yanına gəlib. Məlumatlara görə, keçmiş prokuror bu barədə ifadəsində deyib: “2013-cü ilin aprel ayının axırları - may ayının əvvəllərində Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev mənim yanıma gəldi və dedi ki, onun çoxdan, hələ Yasamal Rayon Prokurorluğunda işlədiyi vaxtdan tanıdığı bir nəfər yanına gələrək Həsən Əliyevin Ramazan Səlimova vurduğu ziyanı ödəmək istədiyini bildirib və bu pulu qaytarmaq üçün ona vaxt verilməsini xahiş edib".

Keçmiş prokurorun sözlərinə görə, bu barədə artıq 16-cı polis bölməsinin rəisinin ona məlumat verdiyini və məsələnin mülki xarakter daşıdığını nəzərə alaraq Cavid Quliyevə cinayət işi açılmadan problemi həll etməyi məsləhət bilib: "Cavid Quliyevə dedim ki, Həsən Əliyev barədə ərizə polis bölməsində araşdırılıb, ən əsas məsələ ərizəçinin razı salınması, şikayətin olmamasıdır. Hal-hazırda seçki ilidir, indiki vaxtda hakim barəsində şikayətlərin olması yaxşı hal deyil, bu səbəbdən şikayətçinin razı salınması məqsədəmüvafiqdir. Mən tərəfdən bu məsələ ilə bağlı heç bir problem yoxdur. Cavid Quliyevlə mənim aramda bu məsələ ilə bağlı başqa söhbət olmayıb, heç həmin vaxt mən Cavidin yanına gələn şəxsin kim olmasını bilməmişəm. Sonradan bildim ki, onun yanına gələn adam əslən ağdamlı olan Elman adlı şəxs və əvvəllər Cavid Quliyevin yanında qeyri-rəsmi kompyuter işlərinə köməklik etmiş Taleh adlı şəxs olub. Taleh rəsmi olaraq Nərimanov Rayon Prokurorluğunda işləməyib. O, mən rayon prokuroru təyin edilməzdən əvvəl prokurorluğa gəlib-gedirdi və əsasən Cavidə, eləcə də digər müstəntiqlərə kompyuter işlərində mütəxəssis kimi köməklik edirdi. Mən Nərimanov rayon prokuroru təyin edildikdən bir müddət sonra onun intizamsız davranışına görə prokurorluğa gəlməsini qadağan etdim”.

Fikrət Mahmudov faktla bağlı prokurorluğun dərhal cinayət işi başlamamasının səbəbini də ona əvvəlcə məsələnin əvvəlcə mülki xarakter daşıması ilə balı verilən məlumatarla əsaslandırıb: “ Mənə Ramazan Səlimovla Həsən Əliyev arasındakı pul mübahisəsinin mülki xarakter daşıdığı, borc öhdəliyindən yarandığını bildirilmişdi. Bu səbəbdən də hakim barəsində cinayət təqibinrin aparılmasına razılıq verilməsi üçün yuxarı prokurorluq qarşısında vaxtında məsələ qaldırmamışam. Mübahisəni mülki xarakterli hesab etdiyimizdən, həm də Həsən Əliyevin izahatı alınmadığından hakim barədə cinayət təqibi aparılmamış, konkret ərizəçinin şikayəti araşdırılmayıb. Rayon prokuroru kimi mən 01.07.2013-cü il tarixdə bölmə rəisi ərizəçinin şikayətlərinin davam etdiyini dedikdən sonra hakim barəsində cinayət təqibinin aparılmasına razılıq verilməsi üçün Bakı şəhər prokuroru qarşısında məsələ qaldırmışam”, - deyə keçmiş prokuror müstəntiqin sualına cavabında bildirib bildirib.

Prokuror müavininə 100 min manat rüşvət iddiası:"Həsən Əliyevin ona bir ədəd CD diski göndərdiyini dedi"

[caption id="attachment_67059" align="alignleft" width="300"]

Həsən Əliyev[/caption]

Fikrət Mahmudov daha sonra bildirib ki, 2013-cü ilin iyun ayında H.Usubov yenidən ona zəng vurub. Polis rəisi deyib ki, Həsən Əliyev Ramazan Səlimovun pulunu qaytarmaqdan imtina edir. Ona görə də Səlimov və ailəsi yenidən şikayətçi olublar. Fikrət Mahmudovun deməsinə görə, bundan sonra müavini Cavid Quliyevi yanına çağırıb: “Cavid Quliyevi yanıma çağıraraq Ramazan Səlimovun ərizəsi üzrə materialı 16-cı polis bölməsindən götürməyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv etməyi tapşırdım. Həm də Bakı şəhər prokuroruna zəng vuraraq material haqqında ona məruzə etdim, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimindən Ramazan Səlimovun şikayət edərək 600.000 manat pul vəsaitinin ələ keçirilməsini bildirdiyini və hazırda da şikayətlərini davam etdirdiyini dedim. Bakı şəhər prokuroru mənə materialı Baş Prokurorluğa məruzə etmək üçün şəhər prokurorluğuna təqdim etməyi tapşırdı. Cavid Quliyev 16-cı polis bölməsinin təhqiqatçısı tərəfindən material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.04.2013-cü il tarixli qərarı 01.07.2013-cü il tarixdə mənim göstərişimlə ləğv etdi, həmin gün də material arayış tərtib edilməklə Bakı Şəhər Prokurorluğuna əl ilə aparılaraq təhvil verildi”.

Məlumatlarda bildirilir ki, Həsən Əliyev Cavid Quliyevi şantaj edib. Bu barədə Fikrət Mahmudov da ifadəsində bildirib. Keçmiş prokurorun sözlərinə görə, Cavid Quliyev deyib ki, Həsən Əliyev bu işin ört-basdır edilməsilə bağlı guya ona 100 min manat pul verib. Fikrət Mahmudov Cavid Quliyevdən həqiqətin nədən idarət olduğunu soruşub. Keçmiş müavini isə Həsən Əliyevin sadəcə onu şantaj etdiyini deyib. Bu halda Fikrət Mahmudov Cavid Quliyevə məsələ barədə Bakı şəhər prokuroruna məruzə etməyi tapşırıb. Məlumatlara görə, Fikrət Mahmudov daha sonra ifadəsində deyib: “Cavid Quliyev Bakı şəhər prokurorluğuna gedib, şəhər prokurorunun qəbulunda olduğunu və sonuncuya Həsən Əliyevin şantaj xarakterli telefon zəngini məruzə etdiyini, onun əgər heç kimdən heç nə almamısansa narahat olmağına dəyməz şəklində cavab verdiyini bildirdi. Bundan bir və ya iki gün sonra Cavid Quliyev yenə də mənim yanıma gəldi və Həsən Əliyevin ona bir ədəd CD diski göndərdiyini dedi. Mən özüm də həmin diskə qulaq asdım, diskdə Cavidin deməsinə görə Həsən Əliyevlə Elman adlı şəxsin arasında söhbətin audiyazısı yazılmışdır və bu danışıqda Həsən Əliyev Elmandan soruşur ki, Cavidə verdiyim 100.000 manatın axırı necə olacaq, Elman da cavab verir ki, o mənlikdir, Caviddən alıb qaytaracağam. Mən yenə də Cavid Quliyevə dedim ki, diski də aparıb şəhər prokuroruna məruzə etsin, o da həmin gün axşam mənə bildirdi ki, şəhər prokurorunun qəbulunda olub bu barədə onu məlumatlandırıbdır”.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar