GENERAL MİRQAFAR SEYİDOV BAKI POLİSİNİN RƏİSİ TƏYİN OLUNDU - DİN-də sensasiyalı dəyişikliklər

Bu gün Daxili İşlər Orqanlarında çox mühüm dəyişiklik baş verib. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasov vəzifəsindən azad edilib. AzPolitika. info-ya daxil olan məlumata görə, Ramil Usubov həmçinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) rəisi, general-mayor Mirqafar Seyidovu da vəzifəsindən azad edib.

Nazirin digər əmri ilə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

AzPolitika.info-ya daxil olan məlumata görə, Quba Rayon Polis İdarəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

APA və "Qafqazinfo" bu vəzifəyə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin təyin olunduğunu xəbər versələr də, daha sonra DİN mətbuat xidməti Musa Musayevin vəzifə dəyişikliyi ilə bağlı məlumatları təkzib edib. Mətbuat xidmətindən AzPolitika.info-nun məlumatı təsdiqlənib. Bildirilib ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Quba Rayon Polis İdarəsinin rəisi Seyfulla Əzimov təyin olunub.

Rafiq Abbasov isə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

[caption id="attachment_67158" align="alignleft" width="259"]

Rafiq Abbasov[/caption]

General-mayor Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunması ona böyük etimadın göstəricisidir. Bu vəzifə DİN-də ən mühüm postlardan biri hesab olunur və zaman-zaman hakimiyyət daxilindəki qüdrətli dairələr bu posta özlərinə yaxın adamın təyinatına nail olmaq üçün mübarizə aparıblar.

Mirqafar Seyidov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Ali hüquqi təhsili var.

1982-1989-cu illərdə Hərbi Hava Desantı Qüvvələrində xidmətdə olub.

1989-cu ilin oktyabr ayından Daxili İşlər Orqanlarında xidmətə başlayıb.

2005-ci ildən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi idi.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar