130 min manatlıq dələduzluq

Bakıda qadın bir hiylə ilə külli miqdarda pula sahib çıxıb. Yeganə Mehdiyeva bir nəfəri aldadaraq onun 130 min manatını alıb. Sonra isə verdiyi vədə əməl etməyərək pulu mənimsəyib. Zərərçəkmiş şəxs məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib və Y.Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb, axtarışa verilib. Xətai rayon Polis İdarəsi və 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində Y.Mehdiyeva tutulub.

İdarədən Milli.Az-a bildirilib ki, hazırda cinayət işi üzrə istintaq aparılır. Y.Mehdiyevanın digər dələduzluq əməlinin olub-olmaması müəyyənləşdirlir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar