Ramiz Mehdiyevin “vurduğu” şəxslərə YAP-da vəzifə verilib

Hakim partiyadakı vəzifə bölgüsündə PA rəhbərinin əleyhdarlarına da üstünlük verilib

Xəbər verildiyi kimi hakim Yeni Azərbaycan Partiyasının (YAP) Idarə Heyətinin son iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib.

Yeni yaradılmış komissiya adları və onların sədrlərinin siyahısı aşağıdakı kimidir:

Iqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar Ibrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri),

Sosial məsələlər üzrə komissiyanın sədri Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri),

Hümanitar məsələlər üzrə komissiyanın sədri Yusif Hümbətov (“Azərsutikinti” ASC-nin sədri),

Elm və təhsil üzrə komissiyanın sədri Abel Məhərrəmovb (Millət vəkili, BDU-nin rektoru),

Gənclər, idman və mədəniyyət komissiyasının sədri Vaqif Əliyev (Mədəniyyət və turizm nazirinin müavini),

Ailə və qadın məsələləri üzrə komissiyanın sədri Nurlanə Əliyeva (YAP Qadınlar Şurasının sədri),

Regional inkişaf üzrə komissiyasının sədri Arif Rəhimzadə (Milli Məclisin regional məsələlər komitəsinin sədri),

Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri Bahar Muradova (Milli Məclisin sədr müavini),

Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri),

Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və Idarə Heyətinin üzvü),

Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının sədri Mixail Zabelin (Milli Məclisin deputatı),

Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov (YAP Idarə Heyətinin üzvü Kərim Kərimov).

YAP-dakı bu vəzifə bölgüsünə diqqət etdikdə aydın sezilir ki, Heydər Əliyevin ölümündən sonra partiyanı inhisarda saxlayan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin mövqeləri xeyli zəifləyib. Hətta o səviyyədə ki, onun “vurduğu” şəxslərə hakim partiyada vəzifə verilib. Bu sırada PA-nın sabiq şöbə müdiri, hazırda “Azərsutikinti” ASC-nin sədri Yusif Hümbətovu və AzTV-nin keçmiş şefi Nizami Xudiyevin adlarını çəkmək olar. Bu şəxslər məhz Ramiz Mehdiyev tərəfindən “vurulub”. Ümumiyyətlə, siyahıda Ramiz Mehdiyevə yaxın şəxslərdən yalnız PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu göstərmək olar. Ona verilən vəzifə də maraqlıdır: Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri. Görünür, hakimiyyətdə mövqeləri zəifləyən Ramiz Mehdiyev cəmiyyətdə dialoq tərəfdarı olması barədə rəy yaratmaq istəyir.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar