İTV Obamanın təbrikini "qayçılayıb"

Artıq ənənə halını alıb. Azərbaycan hakimiyyəti ilə bağlı mənfi çıxışlar telekanallarda ya kəsilir, ya da tərcümədə müsbət kimi təqdim olunur. Bu təcrübədən daha çox ITV (bundan sonra onu Ictimai AzTV adlandıracağıq - R.H.) istifadə edir. Bir neçə il qabaq da bu kanalda Avropa Şurasından olan qonağın tənqidi çıxışı tamam əksinə tərcümə olunmuşdu. Ənənə davam edir. Ancaq bir qədər fərqli.

Hakimiyyətin ABŞ-dan - Barak Obamadan səbirsizliklə gözlədiyi “təbrik” gəldi. Artıq müxtəlif saytlarda, qəzetlərdə, telekanallarda səsləndirilən, yazılan bu “təbrik” dünən Ictimai AzTV-də qısaldılaraq təqdim olunub. Azadlıq.info-nun məlumatına görə, “Təbrik”in çağırış hissəsi maraqlara cavab vermədiyindən tamaşaçılara, dinləyicilərə çatdırılmayıb. Diktor ABŞ prezidenti Barak Obamadan gələn mətni oxuyanda aşağıdakı hissəni ixtisara salıb.

“...Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Seçkidən sonra qeyd etdiyimiz kimi, biz Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcək”.

Ictimai AzTV-yə yeni təyin olunmuş sədr Cəmil Quliyev əsası Ismayıl Ömərov “tərəfindən” qoyulan siyasəti Arif Alışanovun sayəsində uğurla davam etdirir. Ictimai AzTV-nin məşhur aparıcısı Saleh demişkən, “müvəffəqiyyətlər, uğurlar!”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar