“1 015 yaşayış məntəqəsi işğaldan azad edilib”- Zelenski

“Biz Ukraynanın işğaldan azad olunmuş ərazilərini bərpa etməyə davam edirik. Bu günə olan məlumata görə, 1 015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib”.

“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.

O, qeyd edib ki, bu da ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur: “İşığı, suyu, rabitəni, nəqliyyatı, sosial xidmətləri ora qaytaracağıq”.

“Təbii, biz hələ də işğal altında olan hər bir şəhəri, hər bir icmanı xatırlayırıq. Xerson və Melitopol, Berdyansk və Enerqodar, Mariupol və Donbasın bütün şəhər və qəsəbələri...

Xarkov vilayətinin tədricən azad edilməsi sübut edir ki, biz heç yaşayış məntəqəsini düşmənə verməyəcəyik”, - Prezident vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar