Cəmil Həsənli imza vərəqələrini imzalamağa başlayıb 

Millli Şuranın Seçi Qərargahı fövqəladə toplantı keçirir

Sentyabrın 6-da Demokratik Qüvvələrinin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli imza vərəqələrini imzalamağa başlayıb. Bu barədə “Yeni Müsavat”a Milli Şuranın Seçki Qərargahının həmsədri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən verilən vaxta uyğun olaraq rayonlardan imza vərəqələri seçki qərargahına daxil olub. A. Hacılı qeyd edib ki, imza vərəqlərini Seçki Qərargahının işçi qrupunun əməkdaşları tərəfindən bir neçə dəfə yoxlanıldıqdan sonra prezidentliyə namizəd, professor Cəmil Həsənliyə təqdim olunub. Artıq bu gündən Cəmil Həsənli imza vərəqələrini imzalamağa başlayıb.

A.Hacılı qeyd edib ki, işlər bu gün yekunlaşarsa sabah sənədlər MSK-ya təqdim olunacaq.

Qeyd edək ki, hazırda Müsavat Partiyasının qərargahında Milli Şuranın Seçki Qərargahının fövqəladə toplantısı keçirilir. Seçki Qərargahından verilən məlumata görə, toplantıda imzatoplanması prosesinin yekunları müzakirə olunacaq və seçki kampaniyasının digər mərhələləri ilə bağlı fikirlər dinləniləcək. Eyni zamanda Seçki Qərargahının fəaliyyət proqramına uyğun olaraq seçki kampnaiyasının hər mərhələsində tələb oluna işlər yerinə yetiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar