Altı ölkənin parlamenti Rusiyanın fəaliyyətini Ukrayna xalqının genosidi kimi tanıyıb

Estoniya, Kanada, Polşa, Litva və Çexiya parlamentləri Rusiyanın fəaliyyətini Ukrayna xalqının genosidi kimi tanıyıb.

Bu barədə Ali Radanın sədri Ruslan Stefançuk «Feysbuk»da xəbər verib və xatırladıb ki, Ukrayna parlamenti də Rusiya Federasiyasının cinayətlərinə qiymət verib.

«Rusiyanın fəaliyyətini Ukrayna xalqının genosidi kimi tanımış ölkələrin parlamentləri sağ olsunlar! Ürəkdən inanıram ki, bu qərarla həmrəy olan dövlətlərin sayı artacaq. Rusiyanın cinayətlərinin Ukrayna xalqının genosidi kimii tanınması - bu, hər şeydən əvvəl minlərlə günahsız ukraynalının, xüsusilə də uşaqların xatirəsinə hörmətdir», - o, qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar