PUTİNİN AQRESSİVLƏŞƏN QIRICILARI - Müharibə olacaqmı?

Neftin qiyməti, Rusiya və sistemli risk

Neft ucuzlaşmaqda davam edir. Amerikan xam neftinin bir bareli ilin ən aşağı səviyyəsi olan 77 dollara qədər düşüb. Bu isə ilin əvvəlindən indiyədək neftin qiymətinin 22%, son bir ay üçün isə 14% gerilədiyinin göstəricisidir. Həmçinin, brent markalı neftin qiyməti də aşağıya doğru gedir və bu da Türkiyənin yerləşdiyi regiona birbaşa təsir edir. 2014-cü il ərzində brent neftinin qiyməti 25% ucuzlaşıb.

Dünyanın doqquzuncu iqtisadiyyatının neft sınağı

Biz 2 trilyon dollar həcmində Ümumi Daxili Məhsula (ÜDM) malik olan dünyanın doqquzuncu iqtisadiyyatından bəhs edirik. Rusiyanın Federal büdcə gəlirlərinin 45%-i neft satışlarından əldə edilir. Hal-hazırda Rusiya neft qiymətinin aşağı yuvarlanması nəticəsində onun iqtisadiyyatına dəyəcək ziyanın masştabını anlamağa çalışır. Amma ümumən bu gün üçün Rusiya iqtisadiyyatı de-fakto sağlam görünür. Rusiyanın dövlət borcu ÜDM-ın 10%-ni ötmür, büdcə defisiti isə cəmi 0,9% təşkil edir. Rəsmi məlumatlara görə, Rusiyada işsizlik səviyyəsi 4,4%, infliyasiya isə 8%-dir. Bunlardan əlavə Rusiyanın 430 milyard dollarlıq valyuta ehtiyyatı var (Mərkəzi Bankın ehtiyyatı nəzərdə tutulur). Lakin problem iqtisadi artım tempindədir. Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalar və neftin qiymətinin ucuzlaşması Rusiya şirkətlərinə investisiya yatırmağa maneçilik törədir. İqtisadiyyatı bu il yalnız 0,2% artan Rusiya kimi böyük ölkə, gələn il resessiyaya uğraya bilər. Rusiyanın 2014-15-ci illər üçün nəzərdə tutulan büdcə hesablamalarında neftin bir barelinin qiyməti 100 dollar səviyyəsinə uyğun götürülüb. Əgər xam neftin qiyməti indiki səviyyədə qalarsa və 80 dollardan aşağı düşməzsə, onda Rusiyanın iki variantı qalır.

Birincisi, büdcə kəsintilərinə getmək variantıdır.

İkinci variant isə neft gəlirlərindən formalaşmış və çətin günlər üçün nəzərdə tutulan 75 milyard dollarlıq “Rusiya Ehtiyyat Fondunun” vəsaitlərindən istifadə etməkdir.

Moskvadan verilən ilkin açıqlamalara əsasən, öz ölkəsində yüksək populyarlığa malik olan prezident Putin neft qiymətinin aşağı düşməsinin rus xalqının həyat şəraitinə neqativ təsir göstərməməsi üçün “Rusiya Ehtiyyt Fondu"ndan 35 milyard dollar xərclənəcəyini nəzərdən keçirir. Neftin qiymətinin hər 10 dollar aşağı enişi Rusiya büdcəsinin 14 milyard dollar azalmasına səbəb olur. Digər yandan isə xam neftin ucuzlaşması və Rusiya əleyhinə sanksiyalar rublu xeyli sıxışdırır. Bu il rus valyutası dollara nisbətdə 25% dəyər itirib və əgər rublun kursu bundan sonra da aşağı düşməkdə davam edərsə, buna heç kim təccüblənməz.

Rusiyanın “Alfa-Bankı”-nın araşdırmasına görə, rublun dəyərdən düşməsini əngəlləməkdən yana təkcə bu ilin oktyabr ayı üçün Moskva 13 milyard dollar pul xərcləyib. Bankın hesablamasına əsasən, əgər bir barel neftin qiyməti 75-80 dollar səviyyəsində durarsa, Rusiyanın indiki valyuta ehtiyyatı iki ilə qədər bəs edəcək. Yox, əgər Rusiya sanksiyalardan yaxa qurtara bilməzsə və neftin qiyməti 60 dollar səviyyəsinə kimi geriləyərsə, onda 430 milyard dollarlıq ehtiyyat yalnız bir il üçün yetərli ola bilər.

Putin bu prosesə müdaxilə edəcəkmi? Əsl məsələ də elə bundadır. 1991-ci ildə Rusiyada baş verən inqilabın 1980-ci illərdəki neft qiymətlərinin kəskin aşağı yuvarlanmasının hazırladığı iqtisadi böhran nəticəsində baş verdiyini bilən Putin güman ki, indiki hadisələri diqqətlə izləyir. Elə ona görə də, İkinci Dünya Müharibəsindən sonra rus hərbi təyyarələrinin ən masştablı və uzun müddətli hava sahələrini pozma əməliyyatlarını həyata keçirməsi xəbərləri tarixi yaxşı bilənlərin ürəyini bərk döyündürür.

(”Habertürk”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar