Rövnəq Abdullayevin keçmiş cangüdəni həbs edilib

Abşeron rayon Qaz İstismar İdarəsinin rəisi Zamir Mütəllibov barədə "Bizim Yol" qəzeti ilginc informasiya yayıb.“Qafqazinfo” xəbər verir ki, qəzetin yaydığı məlumatda bildirilir ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin şəxsi cangüdəni olmuş bu şəxs bir neçə il əvvəl həbs həyatı yaşayıb. Onun həbsinə isə Biləcəri qəsəbəsində dindarlarla polis arasında yaranmış insident səbəb olub.

Belə ki, Biləcəridə “Hacı Zamir” adı ilə tanınan hazırki rəisin də daxil olduğu dindar qrupla polis əməkdaşları ilə arasında insident yaranıb. Nəticədə qrup şəklində bir neçə nəfər, o cümlədən Hacı Zamir həbs edilib. Təxminən 2 il sonra həbsdən azad edildikdən sonra isə Rövnəq Abdullayev sabiq cangüdənini Abşeron rayon Qaz İstismar İdarəsinə rəis təyin edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar