Hakimiyyətin "kürü diplomatiyası" bu dəfə "The İndependent"də

Britaniyalı deputat: “Azərbaycanla nəyin mübadiləsi aparılacaq: məhbus tələbələrin, sifarişli qətllərə göz yumulmasının, seçki saxtakarlığının, yoxsa müxalifətə qarşı təqiblərin?..”

Dünyanın bir çox siyasətçilərində belə qənaət formalaşıb ki, Azərbaycandakı diktatura rejimi, o cümlədən bu ölkənin müxtəlif strukturlarıyla normal əməkdaşlıq mümkün deyil. Əməkdaşlıqların əksəriyyəti “kürü diplomatiyası”na söykənir. Təsadüfi deyil ki, Uels parlamentinin deputatı Pol Flinn, hətta təhsil müəssisələri arasındakı əməkdaşlığa da şübhə ilə yanaşır. Britaniyanın “The İndependent” qəzeti bu mövzuda “Aberistuit universiteti Azərbaycanla əlaqələr qurandan sonra “kürü diplomatiyası”na görə “atəşə tutulub” başlıqlı məqalə hazırlarıb:

"Aberistuit universiteti ilə Azərbaycan Akademiyası arasında əməkdaşlığı Uels parlamentinin üzvü tərəfindən “kürü diplomatiyası” kimi qiymətləndirilib.

Deputat Pol Flinn “Azərbaycanın çirkin və repressiv rejimi ilə əməkdaşlıq qərarını” kəskin tənqid edərək deyib: “Bu əməkdaşlıqda söhbət elmdən yox, təbliğatdan gedir”.

Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Diplomatik Akademiyasının beynəlxalq əlaqələr fakültəsilə əməkdaşlıq çərçivəsində 2006-cı ildə “qarşılıqlı anlaşma memorandumu” imzalanıb.

“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının sentyabrda yaydığı hesabatda deyilir: “Azərbaycan hakimiyyəti ölkədə fərqli fikirləri məhdudlaşdırmaq məqsədilə təhqiramiz strategiya ilə məşğul olur. Bu strategiya müxalifətin fəaliyyətini boğmağa, hakimiyyətə qarşı tənqidləri məhdudlaşdırmağa, həmçinin qeyri-hökumət təşkilatları üzərində nəzarəti daha da gücləndirməyə yönəlib”.

Aberistuit universitetinin nümayəndəsi məsləyə belə münasibət bildirib: “Aberistuit universitetinin bütün dünya üzrə ən müxtəlif siyasi sistemli dövlətlərin ali təhsil müəssisələri ilə yaxşı əlaqələri var və bu münasibətlərə hörmət edir.

“Xüsusən Azərbaycan Diplomatik Akademiyası ilə “qarşılıqlı anlaşma memorandumu”...” deyən Pol Flinn “The İndependent”ə açıqlamasında qeyd edib ki, o, Aberistuit Universitetinin bu Akademiya ilə əməşdaşlıq qərarından məyus olub. “Onlar deyir ki, bu razılaşmada puldan söhbət getmir. Amma mən əminəm ki, bu məsələdən universitet hansısa formada faydalanır”.

Universitetin nümayəndəsi bildirib ki, əməkdaşlıq çərçivəsində Aberistuit Universitetilə bu Akademiya arasında hər iki ölkədən tələbələrin təhsil mübadiləsi haqda rəsmi müqavilə imzalanıb.

Bu ilin aprelində Azərbaycan hakimiyyəti “Azad Fikir” Universitetini bağladı, bu addım “Scolars at Risk” (Elm adamları riskdə) adlı beynəlxalq təşkilat tərəfindən sərt tənqid olundu.

Pol Flinn “Twitter”də yazır: “Aberistuit Azərbaycanla nəyin mübadiləsini aparacaq: məhbus tələbələrin, sifarişli qətllərə göz yumulmasının, seçki saxtakarlığının, yoxsa müxalifətə qarşı təqiblərin?..”.

“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsi Azərbaycanla bağlı fikirlərini bölüşüb: “Azərbaycan hökuməti insan hüquqlarına hörmət edən ölkə obrazı yaratmağa çalışır. Əslində isə, bu ölkədə vəziyyət tamamilə fərqlidir. Jurnalistlər, siyasi fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri həbsxanaya atılır, təhdid olunur”.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar