Yunanıstan Rusiyanı neft embarqosundan yayındırır - Türkiyə isə...

“Özəl yunan şirkətləri iri tədarükçülərdir və onlar mahiyyət etibarilə Rusiyanı neft embarqosundan xilas edirlər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba mətbuata açıqlamasında bildirib. Nazir Yunanıstan şirkətlərini buna görə sərt tənqid və ittiham edib.

Kuleba deyib ki, hazırda Rusiya neftinə qarşı qoyulan sanksiyalardan yayınmaq üçün Yunanıstan şirkətlərindən istifadə olunur. Belə ki, məhz bu şirkətlər rus neftinin daşınması üçün öz tankerlərini Rusiyanın ixtiyarına veriblər.

Ukraynalı nazirin çıxışıyla bağlı yazı dərc edən “Ukrainskaya Pravda” nəşri isə yazının sonunda maraqlı müqayisə aparıb.

Qəzet yazıb ki, Yunanıstandan fərqli olaraq, Türkiyə Rusiyanın qaçaqmalçılıq fəaliyyətinin qarşısını alır: “İylun 3-də Türkiyə gömrüyü işğalçıların oğurladıqları taxılla yüklənmiş, Berdyansk limanından yola çıxan yük gəmisini saxlayıb”.

Qəzet bununla da bəzi tənqidlərin əksinə olaraq, Türkiyənin Ukraynaya qarşı daha obyektiv və vicdanlı tərəfdaş olduğuna eyham vurub.

“AzPolitika.info”       

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar