Məktəbdə şagirdlərə "mərsiyə" öyrədən müəllimədən növbəti təxribat - FOTOFAKT

Bir neçə gün bundan öncə şagirdlərə “Salam Farmandeh” (Salam Komandir) adlı mərsiyə tipli mahnını öyrətməklə gündəmə gələn Nailə Babayeva, növbəti dəfə təxribatçı çıxışı ilə yadda qalıb.

“AzPolitika.info” xəbər verir ki, Nailə Babayeva bu dəfə “feysbuk” hesabından radikal çağırışlar etməklə, təxribat yaratmağa çalışıb. Bir neçə saat sonra silinən paylaşımda “Şiələrə qarşı qətliam olacaq”, “Türkiyə, NATO, İsrail Azərbaycanda şiəliyin kökünü kəsməyə çalışır” kimi təxribatçı fikirlər səsləndirilib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Yevlax şəhər Sahib Aliyev adına 1 saylı tam orta məktəbdə çalışan Nailə Babayevanın dərs dediyi 6 “a” sinfində 4 şagirdə farslara məxsus olan mərsiyə öyrətməsi, din pərdəsi altında təxribat aparması, videogörüntüdə dövlət bayrağının tərs asılması cəmiyyətdə böyük narazılqlara səbəb olmuşdu.

Bu hadisədən sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinə çağrılan Nailə Babayevanın izahtı alınmış və ona “şiddətli töhmət” verilmişdi. 

Ümid edirik ki, bu cür həssas bir məqamda ölkədə məzhəblər arası qarşıdurma yaratmağa, dini ekstremizmi yaymağa çalışan bu şəxs barəsində Daxili İşlər Nazirliyi müvafiq tədbir görəcək.

“AzPolitika.info” 


635x100

Şərhlər

dadaşyev 2022-07-05 13:42:37

A balam,bu İran agentini niyə məktəbdən rədd etmirsiniz ki,uşaqların beynini korlamasın?Elə də sarınıb ki,elə bil morqdan ölülər içindən dirilib qaçıb.

Natiq 2022-07-05 13:15:31

Bunu özbaşına qoysalar daha da azgın cinayətlərə əl atacaq. Xüsusi xidmət orqanları bununla ciddi və gecikmədən məşğul olmalıdırlar.

Müəllim 2022-07-05 12:02:30

Cəzasizliq növbəti cinayətlərə sövq edir məxluqatı Aman Allah İran aşiqləri də varmış Erməninin qardaşı fars

Amon 2022-07-05 11:52:51

NATO ISRAIL TURKIYE Bu paylasim bu xanimin dusuncesinin mehsuluna oxsamir

Türk Turan 2022-07-05 11:23:11

Belə məsuliyyətsiz, başıboş "müəllimləri" cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Yoxsa çox gec olacaq.

Elxan 2022-07-05 10:48:12

Milli Təhlükəsizlik Xidməti,bu adam ölkəmiz üün,millətimiz üçün potensial təhlükədir,tədbir görmək sizin vəzifənizdir.Azərbaycandakı casus şəbəkəsini yerindəcə cəzalandırmaq laxımdır

Veteran 2022-07-05 09:58:00

Bu əcaib məxluq İran molla rejiminin əlaltılarındandır.Cidddi tədbir görmək lazımdır.

Son yazılar