ÖLKƏDƏ “ATMADIĞI” ADAM QALMAYIB... – Xaliq Məmmədov ölkədən niyə qaçmışdı və daha kimləri öz toruna salıb?...

Bir neçə gün əvvəl “SARA QRUP” QSC-yə qarşı dələduzluq, mənimsəmə edən bir qrup şəxs barəsində yazdıqlarımız hüquq-mühafizə orqanlarını hərəkətə gətirib. Hüquqi araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şirkətə yüz minlərlə manat zərər vuran bu dəstə məsuliyyətdən yayınmaq üçün Azərbaycan dövlətinə və hökumətinə qarşı anti-mili mövqedə dayanan mühacir Tural Sadıqlının “Azad Söz” adlı “Youtube” kanalından dəstək alıb. Təbii ki, bu şantaj xarakterli proqramın yayımı üçün xərc də çəkməli olublar. Bu prosesə rəhbərlik edən Xaliq Məmmədov isə cəmiyyətdə heç bir imici olmayan, qeyri-populyar saytlar vasitəsilə özünü müdafiəyə çalışıb. Onun danışdıqlarının saxta olmasını sübut etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Belə ki, Xaliq Məmmədov “Youtube” vasitəsilə şirkətin rəhbərliyini və rəhbərliyə aid olmayan vəzifəli şəxsləri şantaj etdirdiyi Yusif Əzizovu ümumiyyətlə, tanımadığını deyib. Ancaq araşdırmamız zamanı bəlli olub ki, Yusif Əzizov Xaliq Məmmədovun tələbə yoldaşıdır və onun vasitəçiliyi ilə onun oğlu Əlişükür Vahibzadə adıçəkilən şirkətdə işə başlayıb. Beləliklə, özünün kənardan idarə etdiyi dəstə şirkətdə talama cinayətləri törədib. Xaliq Məmmədov bir az da irəli gedərək, bizə də media etikasından “dərs keçməyə” çalışıb. Onunla bağlı qısa araşdırmamızda üzə çıxanlardan bəzilərini təqdim edirik.

Demək olar ki, üzdə olan əksər vəzifəli şəxslərlə işbirliyi quran Xaliq Məmmədov bütün proseslərin sonunda onlara “atıb”. Fərhad Əliyevin nazir olduğu dövrdə İqtisadi İnkişaf Nazirliyində İstehlak Mallarının Ekspertiza Mərkəzinin rəhbəri olan Xaliq Məmmədov, Fərhad Əliyevin həbsindən sonra ölkədən qaçmalı olub. Həmin dövrdə beynəlxalq axtarışa verilən Məmmədov bir müddət Latviyada yaşayıb. İddialara görə, Latviyada Azər Əbdürrəhmanovla birgə icarəyə götürdükləri obyektləri saxta sənədlərlə sataraq, oradan da qaçıb. Sonradan Gürcüstanda hansısa yolla bir neçə ay terminalın müdiri olub. Yenidən hökumət daxilində özünə kanal tapan Xaliq Məmmədov Azərbaycana qayıdıb. Bir müddət “Formula 1”də Təşkilat Komitəsində işləyən Məmmədov, sonradan Kəmaləddin Heydərovun ətrafına yol tapıb. “Gilan Holdinq”in Qəbələdəki heyvandarlıq kompleksinin qurulmasına rəhbərlik etsə də, bu, uzun çəkməyib. Belə ki, maxinasiyaları və işdəki digər saxtakarlıqları onun oradan qovulması ilə nəticələnib.

Xaliq Məmmədovun toruna saldığı növbəti qurum isə Kənd Təsərrüfatı Nazirliyi olub. “Neftçala Aqro” şirkətini yaradan Məmmədovun gübrə satışı prosesində qanunsuz işlər gördüyü aşkarlanıb. Buna görə də Kənd Təsərürüfatı Nazirliyi şirkətə öhdəlikdə nəzərdə tutulan 500 min manatı verməyib. Bu fakta görə həbs olunanlar var. Məlumata görə, hazırda Xaliq Məmmədov onların kredit borcunu bağlayır. Çünki həmin şəxslər Xaliq Məmmədovu istintaqda qoruyub. 10.11.2021-ci ildən “Qarabağ Aqro Logistika” MMC-nin direktoru olan Xaliq Məmmədov bugünlərdə mediada özünü ekspert kimi tanıtmağa çalışır. Ancaq unudur ki, Azərbaycan kiçik ölkədir və burada hər kəsi yaxşı tanımaq üçün böyük zamana ehtiyac yoxdur…

“AzPolitika”

635x100

Şərhlər

Camaat 2022-07-06 09:19:38

Bu ölkədə aşağıdan yuxarıya hamı bir-birinə atır.

Köhne 2022-07-06 05:35:47

ƏSL EKSPERTDİ !

Samir Memmedli 2022-07-05 21:20:16

Xaliq Məmmədovun bilinmeyen çox emelleri var… o kime işbirliyi teklif edibse, hamiya da atib. Bu adam azadlıqda necə gəzir? Niye bunu hebs etmirler

dadaşyev 2022-07-05 21:16:28

Ümumiyyətlə,dədə-babadan belə görmüşük ki,atana atarlar.Yəni gördün atırlar,athaatdu,sən də atginən.Boş dayanma.Nöşün ki boş dayanana bizim cəmiyyətdə yaxşı baxmırlar,qız vermirlər,salamını almırlar-filan.Ona görə də gərək dvijeniye eliyəsən.Qazan xan da gözəl deyib,deyib ki "Yata-yata böyrümüz ağrıdı,ata-ata belimiz.Mən bu igidi götürüb ova gedirəm,görək kimə ata bilirik."

rufet 2022-07-05 20:38:13

hami her kesi yaxsi taniyir ne qeder adami bedbaxt edib sahibkarliqa komek fondun da direktor isieyende her kesden 20-25 % sapka alirdi ,sonra aqrar ticareti mehv etdi indide deleduzluga baslayib

Şərəf və ləyaqət 2022-07-05 15:58:12

Bu yazdıqlarınız ittihamdır. Siz bunları hansı mənbədən almısınız onuda yazın. Bütün professional mətbuat xidmətləri nəyə və hansı mənbəyə əsaslandığını deyir. ...

Şərəf və ləyaqət 2022-07-05 14:17:55

Təklif edilir ki, Cinayət Məcəlləsinin Böhtan (147) maddəsinin birinci bəndinə, yəni "Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma"-ğa görə, şəxslər "1000 manatdan 1500 manata qədər" cərimə edilsin.

Son yazılar