Rusiya indi də ABŞ-ı Alyaska ilə hədələyir – “Bu ştatı geri qaytara bilərik”

Alyaskanın ərazisi Amerika Birləşmiş Ştatlarına daxildir. Ona görə də bu dövlət unutmamalıdır ki, Rusiya bu ştatı özünə qaytara bilər.

Rusiya KİV-nin yaydığı məlumata görə, yüngülvari pərdələnmiş halda bu hədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dilindən plenar iclasın gedişində səslənib.

«Düzgünlük - zəiflik deyil, biz həmişə nə iləsə cavab verə bilərik. Qoy, Amerika həmişə yadda saxlasın ki, orada ərazinin bir hissəsi var - Alyaska. Onlar bizim resurslar üzərində sərəncam verməyə çalışmazdan əvvəl qoy fikirləşsinlər ki, biz də nəyi isə qaytara bilərik» - Volodin bəyan edib.

Aprelin sonunda ABŞ-ın maliyyə naziri Canet Yellen xəbər verib ki, Ukraynanın müharibədən sonrakı bərpası nəhəng vəsait tələb edəcək. Ən azı bu vəsaitin bir hissəsini Rusiyadan götürmək lazım gələcək.

Xatırladırıq ki, Rusiya Federasiyasından olan məmurlar ilk dəfə deyil ki, başqa dövlətləri təcavüzlə hədələyirlər. Misal üçün, iyunun sonunda təcavüzkar ölkə Kalininqrad vilayətinə malların tranziti üzərinə qadağa qoyulmasını Litva tərəfindən özünün suverenliyinin pozulması adlandırıb. Rusiyada bu problemin «istənilən vasitələrlə» həllini vəd ediblər.

Beləliklə, aydın olur ki, rus məmuru başını əməlli-başlı itirib və «babam mənə kor deyib, gəlib-gedəni vur deyib» absurduna tam alüdə olub.

AzPolitika.info

635x100

Şərhlər

Türk Turan 2022-07-07 00:43:51

Keçinin əcəli çatanda başını çobanın çomağına sürtər. Ay bədbəxt rusiya, amerika istəsə səni bir saniyənin içində yox edər. Sadəcə səninlə gizli və ya aşkar müttəfiqdir, səndən istifadə edir. Sən rusiya sadəcə olaraq amerikanın bitli əsgərisən, vəssalam.

Son yazılar