Məhbuslara işgəncə verən vəzifəli şəxslərin QARA SİYAHISI- “İŞGƏNCƏ KRALLARI”

“Onlar qanunsuz və insanlığa yaraşmayan hərəkətlərinə görə nəinki cəzalandırılıblar, hətta bəzilərinin vəzifələri və rütbələri artırılıb”

Xəbər verildiyi kimi, noyabrın 6-da “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabatının təqdimatını keçirib.

“AzPolitika.info”nun məlumatına görə, 12 bölümdən ibarət olan bu hesabat Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı-ayrı mənzərəni əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur.

Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəzaçəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə, hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.

Hesabatın əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə problemin meydana gəlməsi, onu doğuran səbəblər və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, ədalətsiz mühakimə və məhkəmə hökmləri, yerli və beynəlxalq rəylərdən bəhs olunur.

Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir: həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.

Hesabatın hazırlanmasında məqsəd həbs yerlərində vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunması və siyasi məhbus probleminin həllinə yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

Hesabatda həbs yerlərində hökm sürən korrupsiya ilə bağlı geniş qeydlər var. Həbsxanalarda yığılan rüşvətin təyinatı və həcmi də hesabatdaəksini tapır. Sənəddə həbs yerlərində məhbuslara işgəncə verilməsi ilə bağlı ətraflı araşdırmalar, nümunələr və çoxsaylı faktlar yer alıb. Eyni zamanda dustaqlara qarşı qeyri- insanı münasibəti həyata keçirən vəzifəli şəxslərin “qara siyahı”sı tərtib olunub.

Belə ki, hesabatda qeyd olunub ki, həbs edilən şəxslər bəzi hallarda həbs olunduqları ilk günlərdən işgəncəyə məruz qalırlar: “İşgəncə halları dustaqların cəza çəkdikləri CÇM- lərində olduğu müddətdə də baş verib. Həbs həyatı yaşamış, işgəncəyə məruz qalmış məhbusların bildirdiyinə görə, aşağıda adları qeyd olunan vəzifəli şəxslər dustaqlara daha çox işgəncə veriblər.

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin QARA SİYAHISI:

1. Ərşad Həsənov- 14 saylı Cəza Çəkmə Müəssisəsinin keçmiş rəisi, təqaüddədir

2. Əlzamin Quliyev- 14 saylı CÇM- də keçmiş rejim rəisi

3. Rauf Məcidov- DİN Tərtər RPŞ- nin rəisi

4. Əlifağa Qasımov- Sabirabad rayon polis şöbəsinin rəis müavini

5. Vüsal Şəbəndiyev- DİN Sabirabad polis şöbəsi cinayət axtarış şöbəsinin rəisi

6. Seyfəddin Quliyev- DİN Sabirabad RPŞ- nin keçmiş növbətçi hissə rəisi

7. Səid Seyidov- DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı, hazırda vəzifəsi və rütbəsi böyüdülərək DİN- də başqa vəzifəyə keçirilib

8. Azər Seyidov- 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi

9. Şahin Osmanov- Qobustan Qapalı həbsxanasının keçmiş rəisi

10. Samir Hüseynov- 17 saylı CÇM- nin keçmiş rəisi

11. Rauf Məmmədov- 12 saylı CÇM- nin rəisi

12. Qacay Aslanov- 17 saylı CÇM- nin keçmiş rəisi müavini

13. Babək İsgəndərov- 17 saylı CÇM- də rejim rəisi, ləqəbi “işgəncələr kralı”

14. Aftandil Ağayev- 12 saylı CÇM- nin keçmiş rəisi

15. Şakir Bayramov- Gəncə İstintaq təcridxanasının rəisi

16. Murtuz Sadıqov- 8 saylı CÇM- nin rəisi

17. Nazim Kənkərli- 14 saylı CÇM- nin keçmiş rəisi

18. Əli İbrahimov- 14 saylı CÇM-nin rəisi

19. Nizami Quliyev- Vərəm Dispanserinin rəisi

20. Elçin Əlicanov - 17 saylı CÇM- nin rəisi

21. Fəqan Yaqubov - Bakı İstintaq Təcridxanasının əməkdaşı və s”.

Hesabatda təəssüflə qeyd edilir ki, adları yuxarıda qeyd olunan şəxslər Penitensiar Xidmət və DİN-də məsul vəzifə tutublar və hazırda onların bir çoxu yüksək vəzifə daşıyırlar: “Lakin onlar qanunsuz və insanlığa yaraşmayan hərəkətlərinə görə nəinki cəzalandırılıblar, hətta bəzilərinin vəzifələri və rütbələri artırılıb. Yaş senzi ilə bağlı pensiyaya çıxan “işgəncə kralları” isə işlədiyi müddətdə Azərbaycan insanına qarşı sərgilədiyi qeyri- insani münasibətə və verdiyi işgəncələrə görə Azərbaycan respublikasının dövlət büdcəsindən pensiya alırlar (!?). Azərbaycan dünyanın çox az saylı ölkələrindən biridir ki, orada dinc, silahsız və günahsız insanlara qarşı zor tətbiq edən məmurlar cəzalandırılmır, əksinə onların vəzifələri artırılır. Pensiyaya çıxdıqda isə ən yüksək səviyyədə (işlədiyi müddətdə aldığı maaşın 80%- i həcmində) məvacib alırlar”.

Hesabatın digər məqamları ilə bağlı növbəti yazılarda məlumat verəcəyik

Rasim Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Mustafayev Taleh 2020-05-08 13:22:28

Bidene dustağı incitmezdi Elçin Əlicanov çox gözəl insandı kasıbı başa düşən insandi

Taleh Mustafayev 2020-05-08 13:21:32

Elçin Əlicanov Var haaa mən özüm dustağ olmuşam şəxsən onu tanıyıram çox gözəl qızıl insandi qardas o reisin gozunun düşməni bidene qumardi başqa belə dustagnan işi kankret toxduı

Son yazılar