Rusiya terrorçuluğa sponsorluq edən ölkələr siyahısında - Latviya parlamenti ilk addımı atdı...

Latviyada deputatlar Rusiyanı terrorçuluğa sponsorluq edən ölkə siyahısına salıb. Buna Moskvanın Ukraynaya qarşı davam edən səbəbsiz işğalı, Suriyadakı hərbi əməliyyatlaı, Kremlin tənqidçilərinin bir neçə dəfə zəhərlənməsi səbəb göstərilir.

Parlamentin avqustun 11-də qəbul etdiyi qətnaməni 67 deputat dəstəkləyib. On altı deputat səsvermədə iştirak etməyib.

Qətnamədə Rusiyanın “siyasi məqsədlərlə dinc sakinlərə qarşı zorakılığı”, Moskvanın “qorxu yaratmaq və dinc sakinləri fərq qoymadan öldürmək üçün” klastr bombalarından istifadə etməsi pislənilir.

Parlament digər eyni mövqedə olan ölkələri bu addıma qoşulmağa, Avropa İttifaqını Rusiya və Belarus vətəndaşlarına viza verməyi dayandırmağa çağırıb. Qanunverici orqan qeyd edir ki, Rusiyanın Ukraynaya təcavüzü Belarus rejiminin dəstəyi və iştirakıyla aparılıb.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar