Ukraynadakı rus ordusunun yarısı sıradan çıxıb - Ölü və yaralı sayı ilə bağlı şok rəqəm açıqlandı

ABŞ Konqressinin maliyyələşdirdiyi Azad Avropa radiosu Rusiya ordusunun 64-cü motoatıcı briqadasının Ukraynadakı müharibədə verdiyi itkiləri araşdırıb. Xatırladaq ki, bu briqada Kiyevdən şimalda yerləşən Buçada dinc sakinlərin öldürülməsində ittiham olunur.

Mənbə bildirir ki, bu yaxınlarda Rusiyanın Xabarovsk vilayətində 51460 saylı hərbi hissədə 64-cü briqadadan ölənlərin xatirə lövhəsi ucaldılıb. Lövhədə 44 əsgər və zabitin adı var. Araşdırmaçı jurnalistlər VK sosial media saytına yerləşdirilmiş fotonun həqiqiliyini təsdiqlədib.

Bu hərbçilərin harada öldürüldüyü yazılmasa da, hamısına "Cəsarət Ordeni" verilib. Fotonu internetdə yaymış Aleksey Astaşov radioya deyib ki, “hamı SVO-ya gedib”. “SVO” “xüsusi hərbi əməliyyatın” rusca akronimidir. Kreml Ukraynadakı müharibəni məhz bu cür adlandırır.

“Qızlar, administrativ işçilər və yeni çağırışçılar” “hamı”ya aid deyil. Ancaq onun sözlərinə görə, hissənin zabitləri, kontraktlı əsgərlər, təzyiq altında kontrakt imzalamağa məcbur olan “yarı-çağırışçılar”ın 95 faizindən söhbət gedir.

“Onların çoxu qonşu Belarusda təlimlərdən sonra birbaşa Ukraynaya göndərilib”, – Astaşov söyləyib.

O, briqadanın heyət sayının 1500-ə yaxın, ölü sayının isə azı bir neçə yüz olduğunu deyir.

Rusiyanın Müdafiə Nazirliyi sonuncu dəfə martın 25-də müharibədə 1351 əsgərin həlak olduğunu, 3825 yaralının olduğunu açıqlayıb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns ötən ay deyirdi ki, Rusiyanın itkisi azı 15 min ölü, 45 min yaralı olaraq dəyərləndirilir. ABŞ-ın başqa bir rəsmisi avqustun 8-də Rusiyanın 70 min - 80 min ölü və yaralı itkisi olduğunu bildirib.

Xatırladaq ki, Fevralın əvvəllərində kəşfiyyat mənbələri Ukrayna sərhəddində 160-170 minlik Rusiya ordsunun toplanması haqqında məlumatlar açıqlamışdılar.

Hərbi ekspertlər Rusiyanın müharibədə itki sayının çoxluğunu müxtəlif faktorlarla əsaslandırılar.
Ukrayna qüvvələri təkcə Kiyevin şimalında deyil, Donbasda, digər yerlərdə də qətiyyətlə döyüşüblər. Qərbin göndərdiyi müasir silahlar da onların müdafiəsini gücləndirib. Müharibənin ilk günlərində Ukrayna əsgərləri Kiyevdən şimalda ABŞ-ın "Javelin", Britaniyanın NLAW antitank raketlərindən effektli istifadə etdilər. Rusiyanın avadanlıq və müasir texnika çatışmazlığı, döyüşdə yaralıları sürətlə müalicə və evakuasiya edə bilməməsi, əsgərlər arasında ruh düşkünlüyü də mümkün faktorlar sırasındadır.

Amerikalı ekspert Maykl Kofman öldürülən hər bir rusiyalı əsgərə təxminən 3.5 yaralı düşdüyünü hesablayıb. Rusiyadan hərbi ekspert Yuri Fedotov deyir ki, müharibədən qabaq 64-cü briqadanın 2500-dək hərbçisi vardı. Bu briqadaya iki motoatıcı, bir tank batalyonu daxildir. Briqadanın daxil olduğu Uzaq Şərq Hərbi Dairəsində bir çox hissələr zəiflədilib, zəif təchiz olunub, o söyləyir.

“Əlavə personal cəlbi üçün onları qəbul etməli, təlim keçməli, onlara başçılıq etməli, döyüşə onlarla getməlidirlər”, – ekspert vurğulayır.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar