Ermənistanda keçmiş deputat adam oğurluğunda ittiham olunur - Partiya sədrinin atasını qaçırıb...

Daşnaksütyun partiyasının keçmiş deputatı Suren Manukyana adam oğurluğu ilə bağlı ittiham irəli sürülüb.

"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, bu barədə Manukyanın vəkili Sergey Voskanyan bildirib.

İstintaq Komitəsi siyasətçinin iki ay müddətinə həbs edilməsi barədə vəsatət təqdim edib. Bu gün ittihamla bağlı məhkəmə iclası keçiriləcək.

Suren Manukyan Azad Demokratlar Partiyasının sədri Xaçatur Kokobelyanın atasını qaçırmaqda ittiham olunur.

Bundan əvvəl polis siyasətçinin atasının oğurlanaraq geri qaytarılması üçün pul tələb etdiyi barədə məlumat vermişdi. İdarədən verilən məlumata görə, cinayət 37 yaşlı Suren M. və 25 yaşlı Armen K. tərəfindən təşkil edilərək törədilib. Onların hər ikisi saxlanılıb. Xaçatur Kokobelyan özü bildirib ki, atasının oğurlanması faktı üzrə “Daşnaksütyun” bürosunun üzvü, keçmiş deputat Suren Manukyan və daha iki nəfər saxlanılıb.

Qeyd edək ki, iyulun 27-də Tavuş rayonunun Açadjur kəndinin 83 yaşlı sakini Qrişa Kokobelyan yoxa çıxıb. Həmin gündən etibarən əməliyyat-axtarış tədbirlərinə start verilib. Vətəndaşın itkin düşməsi faktı üzrə cinayət işi başlanıb. Keçmiş deputatın özü daha sonra atasının tapıldığını desə də, təfərrüatları açıqlamayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar