“Rusiya ordusunun rəhbər heyəti Dneprin sol sahilinə qaçır” - Kim

Ukraynanın cənubunda Rusiya ordusunun rəhbər heyəti Dneprin o biri sahilinə yerini dəyişir və bu zaman şəxsi heyəti USQ zərbələri ilə «təcrid» olunmuş sağ sahildə tərk edir.

Bu barədə Teleqramda Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim xəbər verib («Ukrinform»).

«O qədər yox, amma Dneprin sağ sahilində atılmış kütbeyin məxluqlara bir qədər yazığım gəlir. Bütün rəhbər heyət Dneprin o biri sahilinə yerini dəyişir» - Kim yazıb.

«Ukrinform»un xəbər verdiyi kimi, Ukrayna silahlı qüvvələri Yeni Kaxovka bəndi üzərindəki avtomobil körpüsünə zərbə endirib. Düşmən bu körpünü texnikanın sağ sahil hisəsinə keçirmək üçün istifadə edirdi. Bundan əvvəl, Ukrayna ordusunun dəqiq zərbəsi ilə Dnepr üzərindəki Antonovsk körpüsü kritik zədələnib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar