““Donetsk respublikası” üçün döyüşməkdən imtina edirik” – Bütöv batalyon döyüşdən imtina etdi (VİDEO)

Separatçı, qondarma “lxr”-in döyüşçüləri “qonşuları və qardaşları” olan digər qondarma qurum – “dxr” uğrunda döyüşməkdən rəsmən imtina ediblər.

“AzPolitika.info” xəbər verir ki, Rusiyada sosial şəbəkələrdə və Ukrayna mətbuatında bütöv bir batalyonun döyüşə qatılmaqdan boyun qaçırdığını əks etdirən video yayılıb.

Videoda 2740 nömrəli batalyonun müraciətini oxuyan hərbçi bildirir ki, onlar “dxr” ərazisində döyüşməkdən imtina edirlər. Belə ki, “”Luqansk respublikası”nın qorunması” ilə bağlı borclarını artıq yerinə yetiriblər. Müraciətdə deyilir ki, “respublika başçısı” iyulun 3-də “qələbə günü”nü elan edib. Deməli, onlar üçün müharibə bitib.

Məlum olduğu kimi, həmin gün işğalçı ordunun Luqansk vilayətinin sərhədlərinə çıxdığı bəyan edilib. Lakin hərbçilər şikayətlənirlər ki, buna baxmayaraq, onlardan hədə-qorxu və şantaj yolu ilə zorla Donetsk ərazisində savaşmaları tələb olunur. Onlar isə döyüşmək fikrində deyillər. 

Qeyd edək ki, bu gün Putin “Ordu-2022” forumundakı çıxışında rus ordusunu və silahını bir xeyli tərifləyib və deyib ki, “Rusiya əsgərləri “Donbas döyüşçüləri” ilə birgə vəzifələrini şərəflə yerinə yetirirlər və Donbas torpağını addım-addım azad edirlər”. Bu videodan və rus hərbçilərinin Ukraynada indiyə qədər törətdiklərindən onların necə “şərəflə vəzifələrini yerinə yetirdikləri” aydın görünür...

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar