PUTİN ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB... – “21-ci əsrin Pyotru” Krımı qoruya bilmir, sülh dilənir...

Putin tarixə Rusiyanı rəzil bir məmləkətə çevirən natamam “çar” obrazı kimi düşəcək 

Özünü Rusiya tarixində dərin iz qoymuş tarixi şəxsiyyətlərlə bir sırada görən və bununla da psixi cəhətdən hansı “zirvələrə” qalxdığı göz önündə olan Putin hələ iyun ayında “gənc sahibkarlar”la görüşdə növbəti dəfə tarixə baş vurmuşdu və özünü I Pyotra bənzətmişdi: “Heç nə dəyişməyib. I Pyotr Şimal müharibəsini 21 il davam etdirib. İsveçlə savaşırdı. Torpaqları qaytarırdı... Qaytarırdı və gücləndirirdi. Belə görünür ki, bizim də payımıza torpaqları qaytarmaq və gücləndirmək düşüb”.

Ancaq son zamanlar Ukrayna cəbhəsində baş verənlər göstərir ki, “21-ci əsrin Pyotru”nun durumu qətiyyən ürəkaçan deyil, onun real imkanları və bacarıqları imperatorluq ambisiyaları ilə heç cür uzlaşmır. 

“Torpaqları qaytarmaq və gücləndirmək”dən dəm vuran Putinin 2014-cü ildə işğal etdiyi və həmin vaxtdan bu günə qədər öyündüyü Krım yarımadası artıq bir neçə gündür ki, sözün əsl mənasında yanır!

Əvvəlcə Sakidəki hərbi aerodrom, sonra Cankoydakı hərbi hissə və silah anbarı, nəhayət, dünən gecə Krımda, Sevastopolun şimal-qərbindəki Belbek aviabazası partladıldı.

Həmin gecə artıq Rusiya ərazisi olan Belqorodda böyük silah anbarı göyə sovruldu. İşin Kreml üçün faciəli tərəfi həm də odur ki, bu partlayışları Ukraynanın raket zərbələri nəticəsində baş verdiyini etiraf edə bilmir. Çünki bunun etirafı Putinin acizliyinin, onun Rusiyanın hərbi qüdrəti barədə dediklərininsə quru söz olduğunun etirafı deməkdir. Ancaq əvvəl-axır bu etiraf gələcək, çünki Ukraynanın zərbələri davam edir.

Təkcə Cankoyda baş verən partlayış nəticəsində iki minə yaxın sakin yaşayış yerlərindən təxliyə edildi. Belqoroddakı partlayışdan sonra isə ətraf qəsəbələrin əhalisi köçürülür. Yay istirahətinin ən qızmar çağında rusların ayrı-ayrı bölgələrdən Krıma deyil, Krımdan əks istiqamətə kütləvi axın baş verir. Bu gün artıq rusların sevimli istirahət məkanı olan Krımda və Ukrayna ilə həmsərhəd Rusiya ərazilərində gecələr həyəcan siqnalları eşidilir. Budurmu “21-ci əsrin Pyotru”nun “nailiyyətləri”?!

Bu gün I Pyotrun İsveçlə 21 il müharibə aparmasından danışan və 21-ci əsrdə belə müqayisələrin nə qədər primitiv və savadsız olduğunu bəlkə də anlamayan Putin Ukraynada davam edən savaşın 6-cı ayında Kiyevdən sülh dilənir. Gah Makrona, gah Quterreşə, gah Ərdoğana az qala yalvararaq, onları sülh üçün elçi salır. Hansı ki, işğalın ilk günlərində Kiyevdən qeyd-şərtsiz kapitulyasiya, Ukrayna hərbçilərindənsə evlərinə dağılışmağı tələb edirdi...

Putin bu gün nəinki qanlı savaşa başlarkən bəhanə gətirdiyi Donbası, heç 2014-cü ildə işğal etdiyi Krımı, hətta Rusiyanın beynəlxalq birlik tərəfindən tanınan Ukrayna ilə həmsərhəd ərazilərini belə qoruya bilmir! Onun tərifli “S-300”-ləri, “S-400”-ləri Ukraynanın “göndərdiyi” raketləri nə görə, nə də vura bilmir. Krımda ard-arda baş verən partlayışlar bunun təsdiqidir. Bu gün-sabah Ukraynanın Rusiyaya 3.6 milyard dollara başa gələn və Kremlin uzun illərdir öyündüyü Krım körpüsünü də vuracağı gözlənilir.

Görün, dünyanın nə yeridir ki, uzun illər “misilsiz” hərbi-sənaye kompleksi ilə öyünən Putin Rusiyası İrandan PUA dilənir, özünə Afrika cəngəlliklərində, Cənubi Amerikda “müttəfiq” axtarır. Hətta qonşuları - Qazaxıstan, Cənubi Qafqaz, Orta Asiya dövlətləri və xalqları belə ondan üz döndərir.

Rusiya idmanı, mədəniyyəti, incəsənəti, elmi, kinosu və s. beynəlxalq tədbirlərdən, festivallardan, yarışlardan kənarlaşdırılır, qovulur, Rusiya vətəndaşları Avropa ölkələrinə və digər sivil dövlətlərə buraxılmır. Putinin özünün əlini sıxmağa razı olan dünya liderlərinin sayı isə barmaqla sayılacaq qədərdir. Sıxanlar da bunu könülsüz və əlacsızlıqdan edirlər. Budurmu Putinin Pyotorluğu?

Əlbəttə, I Pyotr bəşəri dəyərlər, dünya tarixi və sivilizasiyası baxımından heç də müsbət tarixi şəxsiyyət sayıla bilməz. Ancaq hazırda baş verənlər onu göstərir ki, Putini hətta bu “parabeyin” rus çarına bənzətmək belə gülüncdür və ondan nə Pyotr, nə Aleksandr, nə Lenin, nə Stalin, nə də başqa birisi olacaq.

Putin tarixə elə Putin kimi düşəcək – Rusiyanı ən korrupsiyalaşmış, sivil bəşəri dəyərlərdən uzaq, dünyanı nüvə silahı ilə hədələyəcək qədər başıpozuq, cəmiyyəti bütün növ azadlıqlardan məhrum edilmiş və mənəvi deqradasiyaya uğramış, şovinizm və imperiyaçılıq bəlasının ən ağır formasına yoluxmuş, təbii sərvətləri bir qrup “dost-tanış” arasında bölüşdürülmüş, bütün dünya qarşısında gözdən, urvatdan salınmış, sözünün, imzasının bir qara qəpiklik dəyəri qalmamış, işğalçılıqla, hərbi cinayətlərlə ləkələnmiş və az qala dünyada Hitler Almaniyası qədər nifrət qazanmış rəzil bir məmləkətə çevirən natamam “çar” obrazı kimi...

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Camaat 2022-08-22 00:37:32

Azərbaycandakı rus köpəklərinin donuzbaşları bu dəyərli yazını oxuyun və sabunlu...........

Eli 2022-08-21 22:40:10

Göresen bizim bezi “Milli Qehremanlar” niye Rusiyanın “Тыль» ndan çıxmır ele hey onu müdafie edirler,baxmayaraq ki alksş ruslar belelerini heç adsm yerine de qoymurlar ancaq bunlar sabundan maksimium istifade etmek fealiyyetlerini davam etdirmekdedirler.Belke de qaytardılar xülyasi ike SSRİ/ nin dirilmesini gözleyirler.

Cəmşid Dərələyəzli 2022-08-21 11:28:35

Qatılırıq. Leksionlarda belə bir ifadə var, mif ve mifologiya. Tarixdə bir çox ölkə liderləri sələflərinin qurduqları imperiyalara sahib olduqdan sonara, ireliye baxmaq, dünyanın yeni düzəninə uyğunlaşmaq əvəzinə başlarlar keçmişlerinə özlərini bənzətmək üçün, onlar kimi hərəkətlər edib, siyaset yürütmeye.. Amma bir şeyi unudurlar ki, tarixdə heç kim başqası ola bilməz, o olsa-olsa elə özü olaraq da qalacaqdır. Bu gün Putin məhz elələrindəndir. O hakimiyyətə gəldiyi ilk vaxtlardan başladı, özünün kibr və müştəbehliyi ilə başında oturduğu ölkənin mifindən istifadə edib, dünyada xüsusen de keçmiş Post Sovet mekanındakı ölkələrlə qeyri qonşuluq və zorakılıq dili ilə danışmağa. Nə yazıq ki, uzun zaman bu mif onun işinə yaradı. Ta o vaxta kimi ki. Azərbaycan Qarabağda 44 günlük zəfər selanməsini yazdı. Təbii ki, bu zəfərin qayəsi Azərbaycan Dövlət Başçısının Rusiya ilə apardığı düzgün siyasətin nəticəsi idi. Amma bu nəticə bizə qələbə, ermənilərə məğlubuyyət gətirməklə yanaşı, Rusiyanın da bölgədəki həm siyasətinə, həm hərbi texnikasına, ən əsası isə mifinə böyük kölgə düşürmüş odu. Çünlki, illərlə Azərbaycan cəmiyyətində belə bir fikir formalaşmışdı ki, biz ortada Rusiya var deyə, Qarabağı onsuz qaytara bilməyəcəyik. Artıq bu nif, bütün aspektlərdə Azərbaycanın 44 günlük qələbəsi ilə, tarixin çöpıüyünə gömülmüşdür. Məhz bundan sonra Post Sovet məkanındakı digər ölkələr də ürəkləndilər və başladılar Rusiyaya qarşı, öz siyasətlərində dəyişiklik etməy. O ölkələrdən isə başda Qazaxstan, Ukrayna, Moldava, Pribaltiuka ölkələri və ardınca da Qərb. Bu gün Putin sayəsində Ukraynada Rusiya mifi artıq sonuncu çalarlarını yaşayır. Rusiya artıq dünyanın ikinci hərb ölkəsi deyil, baxmayaraq ki, Atom silahına sahibdir. Artıq onun nüfuzunu Atom belə qaytara bilməyəcək. Əksi isə Rusiyanın tamamilə intiharı olar.

qaraguruh 2022-08-21 02:12:24

Putinin tək bir sözünə görə ki, qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpağıdır--əsrlər boyu biz ununtmamalıyıq....

Buzovnali 2022-08-19 21:25:09

1 Pyotrun 1718 ci ilde Tųrkiye esirliyi haqda yazsaz daha iyi olurdu. Putin de ders alardı.

BOZQURD 2022-08-19 21:15:52

Hitler sivil oldurmurdu

Bkm 2022-08-19 20:08:28

Rusun pisinə lənət olsun!

Türk 2022-08-19 19:30:41

Batün imperiyaların,bütün varlıqların sonu olduğu kimi Rus imperiyasının da dağılması üçün tarixi şərait yaranıb. Dünyanın yeni düzümü öz işini görür. Rusiya ərazisində 80 milyon rus yaşayır. Onun da qanının yarısı Tatar və başqa millətlərdəndir. 80 milyonun 40 milyonu kişidir,hamısı alkaşdır,cavanlar isə həm alkaş həm də narkomandırlar. Qadınlar isə pul var, dağılıblar bütün dünyaya 5 günlük dünyadıe deyib öz keflərindədirlər. Doğuş,artım yoxdur. Millət sürətlə azalır. Bu sayda millət o böyüklükdə ərazini və imperiyanı artıq saxlaya bilməyəcək. Məsələn təmiz rus tapıb müharibəyə göndərə bilmirlər. O biri millətlər bir gün silahı Rusa yönəldəcəklər İnşallah. Yəqin ki, Rusiya dağılacaq bizim rusdan ermənidən canımız birdəfəlik qurtaracaq.

M.A. 2022-08-19 19:15:07

Ukrayna haqq savaşındadır.Allah kōmek olsun!

Rr 2022-08-19 15:19:02

Rusiyanın qalib yaxudda məğlub olacağını zaman göstərəcək bu muharibədə rusiyanın məğlub olmağı mümkün deyil çünki insan və silah sursat baxımından ukraynad muqayisə olunmaz dərəcədə güclüdür halhazırda muharibənin qışa gədər uzanmasıda rusiyanın marağındadır çünki avropanı sanksiyalara görə qazla cəzalandırmaq lazımdır

Tahir 2022-08-19 13:22:40

Elxan memmedov siz putini yaxshi tanimirsiniz

Son yazılar