Müsavat Rüstəm İbrahimbəyovun Milli Şuradan çıxarılmasını tələb edir?

Cəmil Həsənli ultimatum verib: “Mənə hörmətiniz varsa, İbrahimbəyov qalmalıdır!”

Müxalifət partiyalarının birləşdiyi Milli Şurada (MŞ)ciddi gərginlik yaranıb. Siyasi qüvvələr arasında yaranmış dərin fikir ayırılıqları qurumun dağılması ilə nəticələnə bilər. MŞ-dakı mənbə «Bizim Yol»a bildirib ki, təşkilatın gələcək taleyi, fəaliyyət planı və strtukturlaşması ilə bağlı fərqli mövqelər partiyalar arasında ciddi narazılıq yaradıb.

«Əsas narazılıq Milli Şuranın sədirliyi ilə bağlıdır. Müsavat Partiyası birmənalı şəkildə hazırki sədr Rüstəm İbrahimbəyovun təşkilatdan kənarlaşdırılmasını tələb edir. Müsavat rəhbərliyi bu tələbi irəli sürərkən bir neçə arqument səsləndirir.

1.R.İbrahimbəyovun prezidentliyə namizəd ola bilməməsi, Azərbaycana gəlməməsi və siyasi proseslərdə iştirak etməməsi.

2.Milli Şura sədrinin Rusiya hakimiyyətinə bağlı olması və onun diktəsi ilə hərəkət etməsinə dair cəmiyyətdə və beynəlxalq birlikdə rəy formalaşması.

Müsavat İbrahimbəyovun MŞ-dan çıxarılması ilə bərabər prezidentliyə sabiq namizəd Cəmil Həsənlinin təkbaşına sədirlik etməsinə razı olduğunu bildirir.

Amma Müsavat Partiyasının bu arqumentləri Milli Şuradakı çoxluğun etirazı ilə qarşılanır. Cəmil Həsənli qəti şəkildə bu mövqeyə qarşı olduğunu bildirir və Müsavat qarşısında açıq tələb qoyub: "Mənə hörmətiniz varsa, mənim Milli Şurada olmağımı istəyirsinizsə, Rüstəm müllimə qarşı da eyni mövqe nümayiş etdirməlisniz. Çünki R.İbrahimbəyov buna layiqdir və haqqı çatır. C.Həsənli Milli Şuranın həmsədri olmağa razıdır, amma heç bir halda İbrahimbəyovsuz bu addımı atmayacağını bəyan edib. Prezidentliyə sbaiq namizəd vurğulayıb ki, İbrahimbəyovun sədrlikdə qalması müxalifətə əlavə divident gətirir. Onun özü Azərbaycanda müxalifətin fəaliyyətini koordinasiya edə bilər. R.İbrahimbəyov da beynəlxalq səviyyədə müxalifət üçün zəraruri fəaliyyətini həyata keçirəcək»-deyə mənbə vurğulayıb.

Qaynaq daha sonra bildirib ki, «EL» Hərəkatı, AXCP-də Cəmil Həsənlinin mövqeyi ilə razıdır. Amma Müsavatın dirəniş göstərməsi Milli Şuranın taleyi ilə bağlı pessimist ovqat yaradıb. «Seçki bitdi, partiya maraqları yenidən ön plandadır, indi MŞ-dakı bəzi partiyalar parlament seçkiləri ilə bağlı planlar qururlar. İndidən bu istiqamətdə fəaliyyət başlayıb. Milli Şura daha bəzi qurumlar üçün cəlbedici deyil, ortada daha böyük maraqlar var. Eyni zamanda Ziyalılar Forumunun iki üzvünün müxalifətə rəhbərlik etməsinin davam etməsi bəzi partiyalarda dözülməz durum kimi qarşılanır. Ona görə də əvvəlki status-kvonun bərpa olunması tələb olunur»-deyə qanyaq vurğulayıb.

Mənbə daha sonra bildirib ki, bu məsələ Milli Şuranın növbəti sessiyasında müzakirə olunacaq. Razılaşma əldə olunmasa, həmin toplantıda MŞ-nın fəlaiyyətinə son verilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar