İslam Partiyası İlyas İsmayılovun namizədliyini dəstəklədi

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) növbəti Baş Məclisi keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr, AİP-in 2013 prezident seçkiləri ilə bağlı mövqeyi, AİP lideri Mövsüm Səmədovun namizədliyi ilə bağlı sənədlərin MSK-ya təqdim edilməsi ətrafında yaranan anlaşılmazlıq, AİP-in dəstəkləyəcəyi namizəd, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub.

Azərbaycan İslam Partiyası Baş Məclisi bəzi qərarlar qəbul edib.

Baş Məclis 2013-cü il prezident seçkilərində seçkilərə hazırlıq davam etdirilməklə, seçki günündə “Ədalət” Partiyasından namizədliyi irəli sürülən İlyas Abbas oğlu İsmayılovun dəstəklənməsinə qərar verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar