“AZAL”-dan TÜRK HAVA YOLLARINA NAXÇIVAN QADAĞASI – Cahangir Əsgərovdan Vasif Talıbova zərbə

İki yüksək rütbəli məmurun ədavəti ucbatından Türk Hava Yollarının (THY) yeni endirim kampaniyasından Naxçıvan MR sakinlərinin yararlanmaq imkanları əllərindən alınıb. Söhbət “AZAL” prezidenti Cahangir Əsgərovla Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun arasında yenidən qızışan ədavətdən gedir. Bu ədavətin nəticəsi olaraq, THY-nın Naxçıvandan İstanbula güzəştli qiymətlərlə sərnişin daşımasının qarşısı alınıb.

Xatırladaq ki, THY Bakı-İstanbul-Bakı və Gəncə-İstanbul-Gəncə marşrutu üzrə uçüşlara endirim elan edib. Gəncədən İstanbula getmək istəyənlər 99 manat, Bakıdan isə İstanbula gediş-gəliş biletinin qiyməti 179 manat elan olunub.

Biletlər oktyabrın 10-dan 31-dək satışda olub. Uçuş tarixləri isə noyabrın 1-dən 2015-ci ilin fevralın 13-dək davam edəcək.

THY bu endirimli qiymətlərlə Naxçıvan sakinlərinə də üçüş imkanı təklif edib. Belə ki, Gəncə-İstanbul reysi Naxçıvan hava limanından uçuşa başlamalı və Gəncədəki sərnişinləri də öz bortuna aldıqdan sonra İstanbula istiqamət almalı idi. Bu marşrut üzrə noyabrın 11-də, yəni sabah İstanbula uçmalı olan Naxçıvan sakinlərindən biri AzPolitika.info-ya bildirib ki, onların biletləri geri qaytarılıb. Belə ki, “AZAL” THY-nın Naxçıvandan sərnişin götürməsinə icazə verməyib. Naxçıvan sakinlərinin THY-nın endirim kampaniyasından yararlana bilməməsi Cahangir Əsgərovla Vasif Talıbovun arasında olan ədavətlə əlaqələndirilib.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar