Müsavat Partiyasının Divanı narazıları hədələdi

Noyabrın 11-də Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Bu barədə musavat.com-a bu təşkilatın mətbuat xidmətindən məlumat daxil olub. Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Partiyanın rayon təşkilatlarının iştirakı ilə keçirilən zona müşavirələri barədə Divan üzvləri Vəfa Cümşüdlü, Rafiq İsmayıl, İkram İsrafil, Nemət Kərimli, Müsavat Partiyası başqanının müavinləri Gülağa Aslanlı və Elman Fəttahın məlumatları dinlənilib.

Qeyd olunub ki, ölkənin 10 şəhərində - Cəlilabad, Gəncə, Şamaxı, Salyan, Şəki, Siyəzən, Qazax, Saatlı, Göyçay və Ağcabədi şəhərlərində 29 rayon təşkilatı rəhbər şəxslərinin iştirakı ilə zona müşavirələri keçirilib. Bu məzmunda müşavirələrin Bakı və Sumqayıt şəhərlərində də keçirilməsini nəzərə almaqla, ümumilikdə 47 rayon təşkilatını əhatə edib. Zona müşavirələrinin keçirilməsi bu həftə də davam etdiriləcək.

Zona müşavirələrində partiya üzvlərinin Bələdiyyə seçkilərində iştirakları, partiyanın VIII Qurultayından sonrakı ictimai diskussiyalar, Müsavat Partiyası Məclisinin bu barədə bəyanatı və digər məsələlər müzakirə olunub. Müşavirələrdə bir qrup seçkinin nəticələrindən narazı qalanların pozuculuq, fraksiya və başqa adlar altında partiyada ikitirəlik yaratmaq cəhdləri kəskin şəkildə pislənilərək bəyanat və müraciətlər qəbul olunub. Müşavirə iştirakçıları bütün partiya üzvlərini VIII Qurultayın, partiyanın seçkili orqanlarının və digər rəhbər strukturlarının qərarlarına uyğun olaraq vahid ideoloji-siyasi xətt əsasında fəaliyyət göstərməyə çağırıb.

Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətlə bağlı müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17.11.2014-cü il tarixli növbəti iclasına dəvət olunsun.

Divanda həmçinin Müsavat Partiyasının başqanı Arif Hacılının, Divan və MNTK üzvlərinin Suraxanı rayon təşkilatının Şura iclasında iştirakı barədə məlumat dinlənilib.

Toplantıda partiyada ikitirəlik yaratmaq cəhdləri ilə bağlı bəyanat qəbul edilib.

23 noyabr saat 14.00 tarixində Bakı şəhərində ümumrespublika müşavirəsinin keçirilməsi barədə qərar qəbul edilib.

Sonda cari məsələlərə baxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar