Dəyən bilər, başa dəyən daş nədir

Bir gün düşər saçlarına dən sənin,

Bilərsən ki, qocalıqda yaş nədir.

Yaşamayan, hardan bilsin sirrini,

Əsən çənə, əyri duran qaş nədir.

Cavanlıqda qocalığı anmasan,

Mərifətdən nəsibini almasan,

Eşq oduna alışmasan, yanmasan,

Nə bilərsən gözdən axan yaş nədir.

Qaranlıqdır dünya başdan ayağa,

Öyrətmə sən tellərini boyağa,

Anlayarsan, qulaq assan, qağaya,

Ağ saçınan, göz oxşayan baş nədir.

Bu dünyanın əvvəli var, sonu var,

Al-qumaşdan, ölüm adlı donu var,

Gözləyirlər, yolunu get, sona var,

Dəyən bilər, başa dəyən, daş nədir.

Yola varsan, yol yoldaşın unutma,

Tut əlini, doğru yoldan yanıltma,

İnsanlıqdır, insanlığa canatma,

Yaxşı bilsən yol nədir, yoldaş nədir.

Dünya fani, həyat gəldi-gedərdi,

Ax-vay ilə keçən ömür hədərdi,

Yazılıbdır, hər yazılan qədərdir,

Olan işə, deməyəsən kaş, nədir.

Nurəddin ismayıl

12 noyabr 2014

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar