Düşmən helikopterinin vurulma anı (REAL VİDEO)

Azərbaycanın işqal altındakı ərazilərində Ermınistan ordusuna aid helikopterin vurulması anı sosial şəbəkələrdə yayıb. Musavat.com xəbər verir ki, videoda hərbçilərimizin Azərbaycan ərazisinə soxulan helikopteri vurduqları və sevindikləri əks olunub.

Qeyd edək ki, Ermənistan ordusunun hərbi helikopteri Azərbaycanın hava məkanını pozduğu üçün Silahlı Qüvvələrimiz tərəfindən vurulub. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq, uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Silahlı Qüvvələrimiz tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.

Vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar