ADP-nin ikinci adamı mühacirət etdi

Azərbaycanda daha bir müxalif partiyanın rəhbərliyinə daxil olan şəxs siyasi mühacirətə gedib. Moderator.az saytının yaydığı xəbərə görə, Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin sədri Vaqif Şirinov bu günlərdə ölkəni tərk edib. Vaqif Şirinov Avropaya siyasi mühacirətə gedib.

V.Şirinova qarşı hansı siyasi təzyiqlərin edilməsi, onun ölkəni nədən tərk etməsi barədə isə heç bir məlumat verilməyib.

Ali Məclis sədrinin nədən ölkəni tərk etdiyi barədə suala cavab olaraq ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a bildirib ki, Vaqif Şirinovun səhhətində ciddi problemlər var idi, ürəyi ağrıyırdı. Ona görə də çoxdan xaricə getmək istəyirdi. Çox güman ki, səhhətində problemlə bağlı gedib: “Mənim bildiyimə görə, gedişi bununla bağlıdır. Onu da deyim ki, Vaqif bəyin Avropada övladları yaşayır. Mənə demişdi ki, Avropaya gedəcək. Nəyə getdiyi, hansı müddətə getdiyi barədə isə heç nə deməmişdi. Başqa yoldaşlara demişdi ki, müalicəyə ehtiyacı var. Amma ola bilsin ki, bizə bəlli olmayan başqa səbəblər də var. Ona təzyiqlərin olduğunu və təzyiqlərə dözməyib mühacirətə getdiyini isə sonradan eşitdim”.

Ali Məclisin vəzifəsini kimin icra edəcəyinə gəlincə, S.Cəlaloğlu dedi ki, nizamnaməyə görə, Ali Məclisi sədri hansısa səbəbdən vəzifəsini icra edə bilməyəndə müavini onun səlahiyyətlərini həyata keçirir: “Nə qədər ki, onun istefa ərizəsi, xaricdə qalacağı ilə bağlı rəsmi mövqeyi daxil olmayıb Vaqif bəy formal olaraq Ali Məclisin sədridir. Sadəcə olaraq onun sədr səlahiyyətlərini müavini İsa Cəfərov icra edəcək. İstefa ərizəsi və ya ölkəyə qayıtmayacağı təsdiqlənsə Ali Məclisə yeni sədr seçiləcəkş

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar