Qüdrət Həsənquliyev Kəmaləddin Heydərovla əlaqələrindən danışdı

“Kəmaləddin Heydərov öz prezidenti ilə dostdur və ən bacarıqlı nazirdir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev “Mediaforum” saytına geniş müsahibəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqələri barədə maraqlı açıqlamalar verib. Fövqəlnazirin partiyaya maddi və siyasi cəhətdən dəstək verdiyi haqda cəmiyyət arasında gəzən söhbətlərdən danışan Q.Həsənquliyev bildirib ki, maddi cəhətlə bağlı deyilənlər əsassızdır. Amma Kəmaləddin Heydərovla onun çox yaxşı insani, dost münasibətləri var:

“Başqalarından fərqli olaraq mən bunu heç vaxt gizlətməmişəm. Bu iqtidarda təkcə Kəmaləddin Heydərovla yox, başqa nazirlərlə də kifayət qədər yaxşı münasibətim var. Kəmaləddin Heydərov öz prezidenti ilə dostdur və ona sədaqətlidir, hökumətin ən bacarıqlı, bəlkə də bacarığına, gördüyü işlərə görə birinci naziridir. Ola bilsin ki, kimlərsə deyər Qüdrət Həsənquliyev Kəmaləddin Heydərovla şəxsi münasibətlərinə görə belə danışır. Amma mən onun hökumət üzvləri arasında ən bacarıqlı nazirlərdən biri olduğunu deməkdən çəkinmirəm. Çünki bu, həqiqətən belədir”.

Q.Həsənquliyev Kəmaləddin Heydərovun doğulduğu kəndin onların kəndi ilə qonşu olduğunu deyib: “Bizim qonşu kənddəndir. Mən hələ siyasətə gəlməmişdən əvvəl bizim ailələr arasında yaxın və yaxşı münasibətlər olub. Mənim qardaşım Kəmaləddin Heydərovun atası Fəttah Heydərovla bir yerdə işləyib. Biz bu ailə ilə yaxınıq”.

Bununla belə, deputat etiraf edib ki, nazirlə az-az görüşürlər: “Tez-tez olmasa da, görüşürük. Bəzən altı ayda bir dəfə də ola bilər. Görüşlər də əsasən mənə edilən konkret müraciətlərlə bağlı olur. Təşəbbüsü də mən göstərirəm...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar