“PAŞİNYANLA GÖRÜŞ BAŞ TUTMAYACAQ!” - Prezident səbəbini açıqladı (Yenilənib)

“Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

***

“Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla növbəti görüşün dekabrın 7-də keçirilməsi planlaşdırılıb”. 

“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədovun məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün - noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

“Amma Ermənistanın Baş naziri şərt qoyur ki, görüşə yalnız Fransa Prezidenti iştirak edərsə qatılacaq. Bu şəraitdə heç bir görüş olmayacaq!” - Prezident bəyan edib.

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2022-11-25 14:43:24

Bir dövletin ve milletin başçısında qetiyyet ve kişilik olmaya,” Böyük Bacım “ gelmese men görüle bilmerem demesi onların kim olmasının göstericisidşr.Gah rusun,gah fransızın,gah da ingilisin qucağında oturmasalar bunlar” Kişilene” bilmirler.Misal var adamın gerek düşmeni de Kişi ola,bşxim taleyimize ise”fahişe” millet düşüb ki her deqiqe bşr sifetde olur.

Veteran 2022-11-25 14:17:58

Prezidentin qərarını alqışlayırıq.

Son yazılar